. Love.az

Azerbaycan Respublikasinin Dovlet Deniz Administrasiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Respublikasinin Dovlet Deniz Administrasiyasi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi — Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2001-ci il tarixli 697 saylı Sərəncamına əsasən yaradılmış və həmin tarixdən fəaliyyətə başlamışdır.

Dövlət Dəniz və Liman Agentliyi
  • Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində
    Dövlət Dəniz və Liman Agentliyi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 21 aprel 2001
Tabelik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Ünvan AZ 1003, Bakı şəhəri, Xanlar küç. 2 B
Rəhbərlik
Rəhbər Əfqan Cəlilov

Rəsmi saytı ddla.gov.az

Tarixi

redaktə

DDLA Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"ni rəhbər tutur.

Azərbaycan Respublikası 15 may 1995-ci il tarixindən Beynəlxalq Dəniz Təşkilatının (BDT) üzvüdür. Dövlət Dəniz və Liman Agentliyi BDT ilə sıx əlaqə yaradaraq təşkilatın iclaslarında, şuralarında və asambleyalarında yaxından iştirak edir. Bu günədək DDLA tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunmuş 18 Beynəlxalq Konvensiya və həmin konvensiyalara 8 Protokol ali qanunverici orqan tərəfindən qəbul olunmuşdur. DDLA bu konvensiyaların Azərbaycan Respublikasında yerinə yetirilməsinə dair BDT-yə mütəmadi olaraq hesabatlar verir.

"Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Agentlik Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi kimi Nazirliyin strukturuna daxil edilib.

Dövlət Dəniz və Liman Agentliyinin nizamnaməsi: https://president.az/az/articles/view/53410

Həmçinin bax

redaktə
  • Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
  • Azərbaycan Dövlət Dəniz Akademiyası
  • Xəzər Dəniz Neft Donanması
  • Dəniz Nəqliyyatı Donanması
  • Caspian Marine Services Limited
  • Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dövlət_Dəniz_və_Liman_Agentliyi_(Azərbaycan)&oldid=8052153"
LOVE.AZ