. Love.az

Azerbaycan Respublikasinin Milli Lel Cevahirat Fondu - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Respublikasinin Milli Lel Cevahirat Fondu
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu — Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 iyul tarixli 50 nömrəli fərmanına əsasən qymətli metalların, daş-qaşların və onlardan hazirlanmış məmulatın və digər əşyaların qəbulu, saxlanılması və uçotu üçün yaradılmışdır.

Azərbaycan Prezidentinin 1992-ci il 21 iyul tarixli sərəncamı ilə İskəndərov İsfəndiyar İskəndər oğlu Milli Ləl-Cəvahirat Fondu direktoru təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 2 sentyabr tarixli 159 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Ləl-Cavahirat Fondu haqqıda Əsasnamədə" də Fondun respublika büdcəsi hesabına fəaliyyət göstərməsi, respublika Prezidentinə tabe olması və hesabat verməsi, habelə öz vəsaitinin qorunmasının təmin edilməsi, qiymətli metalların, daş-qaşların və tərkibində bunlar olan məhsulların hasilatına, istehsalına və istifadə olunmasına, uçotuna və saxlanılmasına nəzarət etmə, qiymətli daşların çeşidlənməsi, qiymətləndirilməsi, emal edilməsi, daş-qaşı və qiymətli metalların ekspertizadan keçirilməsi, qiymət qoyulması, o cümlədən əyyarlama və damğalama kimi vəzifələrin həyata keçirilməsi barədə müddəalarla yanaşı Fondun təsərrüfat müqavilələri əsasında xidmətlər göstərməsi kimi müddəa da nəzərdə tutulmuşdur.

Milli Ləl-Cəvahirat Fondu Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1998-ci il 759 nömrəli fərmanı ilə ləğv edilib.[1]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondunun ləğv edilməsi haqqında" Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1998-ci il tarixli, 759 nömrəli Fərmanı (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Respublikasının_Milli_Ləl-Cəvahirat_Fondu&oldid=7667935"
LOVE.AZ