. Love.az

Azerbaycan Respublikasinin Fexri Adlari - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Respublikasinin Fexri Adlari

Azərbaycan Respublikasının fəxri adları — mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir.

Azərbaycan Respublikasının fəxri adları Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər. Azərbaycanda fəxri adların verilməsi şərtləri "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"[1] ilə tənzimlənir və Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Eyni fəxri ad bir şəxsə təkrar verilmir.

Azərbaycan Respublikasının bir fəxri adına layiq görülmüş şəxs, əmək fəaliyyətinin digər sahəsindəki xidmətlərinə görə müvafiq fəxri ad almağa təqdim edilə bilər.

Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslərə Azərbaycan Respublikasının fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunur.

Fəxri Vətəndaşların siyahısı

redaktə
Əsas məqalə: Azərbaycan Respublikası fəxri adlarının siyahıları
  • Xalq yazıçısı
  • Xalq şairi
  • Xalq artisti
  • Xalq rəssamı
  • Əməkdar Elm Xadimi
  • Əməkdar incəsənət xadimi
  • Əməkdar artist
  • Əməkdar rəssam
  • Əməkdar Mədəniyyət işçisi
  • Əməkdar müəllim
  • Əməkdar həkim
  • Əməkdar tibb işçisi
  • Əməkdar memar
  • Əməkdar dövlət qulluqçusu
  • Əməkdar bədən tərbiyəsi və idman xadimi
  • Əməkdar jurnalist
  • Əməkdar mühəndis
  • Əməkdar hüquqşünas
  • Əməkdar kənd təsərrüfatı işçisi
  • Əməkdar pilot

Həmçinin bax

redaktə

Dövlet tertiflerin ve fexri adlar

  • Azərbaycan Respublikasının əməkdar elm xadimlərinin siyahısı
  • Azərbaycan Respublikasının əməkdar incəsənət xadimlərinin siyahısı

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Arxivləşdirilib 2015-01-19 at the Wayback Machine — e-qanun.az
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Respublikasının_fəxri_adları&oldid=7341072"
LOVE.AZ