. Love.az

Azerbaycan Ssr Emekdar Menzil Kommunal Teserrufati Ve Ehaliye Meiset Xidmeti Iscisi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Ssr Emekdar Menzil Kommunal Teserrufati Ve Ehaliye Meiset Xidmeti Iscisi

Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар мәнзил-коммунал тәсәррүфаты вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad.

Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi
Азәрбајҹан ССР әмәкдар мәнзил-коммунал тәсәррүфаты вә әһалијә мәишәт хидмәти ишчиси

Ölkə Azərbaycan Azərbaycan SSR
Tip fəxri ad
Kimə verilir kommunal təsərrüfatı və əhaliyə məişət xidməti qabaqcıllarına
Təltif edir
  • Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti (1983–1990),
  • Azərbaycan SSR Prezidenti (1990–1991),
  • Azərbaycan Respublikasının Prezidenti (1991–)
Status verilmir
Statistika
Təsis tarixi 26 avqust 1983

Tarixi və əsasnaməsi

redaktə

"Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.[1]

Fəxri ad mənzil-kommunal təsərrüfatı və məişət xidməti sistemi müəssisələrinin, birlik və idarələrinin, elmi-tədqiqat və digər təşkilatlarının bu sahədə azı 15 il işləmiş fəhlələrinə, mühəndis-texnik və digər işçilərinə verilirdi.[1]

"Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv olunmuşdur.[1]

5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" adı ilə verilmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Азәрбајҹан ССР фәхри адларынын мүәјјән едилмәси вә Азәрбајҹан ССР дөвләт тәлтифләри һаггында Әсаснамәнин тәсдиг олунмасы барәсиндә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Азәрбајҹан Совет Сосиалист Республикасы Али Советинин Мә’луматы. № 16 (654). Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 31 август 1983-ҹү ил. С. 14.

Həmçinin bax

redaktə
  • Azərbaycan SSR əməkdar hüquqşünası
  • Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi
  • Azərbaycanın fəxri adları
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_SSR_əməkdar_mənzil-kommunal_təsərrüfatı_və_əhaliyə_məişət_xidməti_işçisi&oldid=6838325"
LOVE.AZ