Azərbaycan SSR Dövlət mükafatı — Azərbaycan SSR-də 1970-ci ildən ədəbiyyat, incəsənət və arxitektura, elm və texnika xadimlərinə, 1976-cı ildən isə əmək nailiyyətlərinə görə istehsal qabaqcıllarına verilən yüksək mükafat.
Azərbaycan KP MK və Nazirlər Soveti qərarı ilə mükafata layiq görülən şəxslərə döş nişanı və pul mükafatı verilirdi. Mükafatlar hər iki ildən bir Azərbaycanda sovet hakimiyyətinin qurulması günü (28 aprel) ərəfəsində verilir və laureatların siyahısı mətbuatda dərc edilirdi.
1990-cı ildə dövlət mükafatlarının verilməsi praktikası dəyişmiş, 28 May — Respublika Gününün bərpa edilməsindən sonra həmin il bu mükafat keç kimə verilməmişdir. 5 fevral 1991-ci ildə Azərbaycan dövlətinin Azərbaycan Respublikası adlandırılmasından sonra 1990-cı il üzrə dövlət mükafatları "Azərbaycan Respublikasının Dövlət mükafatı" adı ilə sonuncu dəfə 1991-ci ilin may ayında verilmişdir.
1970–1991-ci illərdə verilmiş mükafatların ümumi sayı 527 olmuşdur. Ədəbiyyat, incəsənət və arxitektura üzrə 142 nəfərə, elm və texnika üzrə 222 nəfərə, istehsalat nailiyyətlərinə görə 157 nəfərə, ümumilikdə isə 521 nəfərə dövlət mükafatı verilmişdir. 6 nəfər (Süleyman Rüstəm, Həsənağa Turabov, Xəyyam Mirzəzadə, Kamil Nəcəfzadə, Qurban Abbasov və Xoşbəxt Yusifzadə) isə bu mükafata iki dəfə layiq görülmüşlər.
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (5 nəfər)[1]
Elm və texnika sahəsində (10 nəfər)[1]
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (12 nəfər)[2]
Elm və texnika sahəsində (22 nəfər)[3]
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (9 nəfər)[4]
Elm və texnika sahəsində (19 nəfər)[5]
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (10 nəfər)[6]
Elm və texnika sahəsində (16 nəfər)[7]
Sosializm yarışı qabaqcıllarına (14 nəfər)[8]
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (12 nəfər)[9]
Elm və texnika sahəsində (31 nəfər)[10]
Sosializm yarışı qabaqcıllarına (18 nəfər)[11]
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (16 nəfər)[12]
Elm və texnika sahəsində (28 nəfər)[13]
Sosializm yarışı qabaqcıllarına (21 nəfər)[14]
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (15 nəfər)[15]
Elm və texnika sahəsində (18 nəfər)[16]
Sosializm yarışı qabaqcıllarına (21 nəfər)[17]
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (12 nəfər)[18]
Elm və texnika sahəsində (14 nəfər)[19]
Sosializm yarışı qabaqcıllarına (21 nəfər)[20]
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (24 nəfər)[21]
Elm və texnika sahəsində (15 nəfər)[22]
Sosializm yarışı qabaqcıllarına (21 nəfər)[23]
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (9 nəfər)[24]
Elm və texnika sahəsində (22 nəfər)[25]
Sosializm yarışı qabaqcıllarına (20 nəfər)[26]
1990-cı il üzrə Dövlət mükafatları 1991-ci ilin may ayında "Azərbaycan Respublikasının Dövlət mükafatı" adı ilə verilmişdir.
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (22 nəfər)[27]
Elm və texnika sahəsində (29 nəfər)[28]
İstehsalat qabaqcıllarına (21 nəfər)[29]