Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (oktyabr 2023) |
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ və ya Tələbə İttifaqı) — Azərbaycanın 101 ali və orta təhsil müəssisəsini özündə birləşdirən ən böyük tələbə təşkilatlarından biri.[1]
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ATGTİ | |
---|---|
![]() | |
Yaranma tarixi | 20 noyabr 2009 |
Qeydiyyat tarixi | 31 mart 2010 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi |
![]() |
Sədr | Pərviz Mirələmli |
Üzvləri | 40.000-dən çox |
atgti.az |
ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatıdır. İttifaqın əsası 20 noyabr 2009-cu ildə qoyulmuşdur, 2010-cu ilin mart ayında isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İttifaqın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək olmaq, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
ATGTİ mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri, tələbələrarası müxtəlif olimpiadalar, incəsənət müsabiqələri və digər bu kimi fəaliyyətlər təşkil edir.