. Love.az

Azerbaycan Xalq Cumhuriyyeti Vetendasligi Haqqinda Qanun - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Xalq Cumhuriyyeti Vetendasligi Haqqinda Qanun

Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq normalarını müəyyən edən qanunvericilik aktı.

Mündəricat

  • 1 Qəbul edilməsi
  • 2 Bölmələri
  • 3 Mahiyyəti
  • 4 Həmçinin bax
  • 5 Mənbə
  • 6 İstinadlar

Qəbul edilməsi

redaktə

1919 il avqustun 11 –də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən qəbul edilmişdir.

Bölmələri

redaktə

Qanun 4 bölmədən ibarət idi:

  • Vətəndaşlığın müəyyən edilməsi;
  • Vətəndaşlığın verilməsi;
  • Vətəndaşlığın itirilməsi;
  • Azərbaycan vətəndaşlığı haqqında 1918 il 23 avqust tarixli Əsasnamənin qüvvədən

düşməsi. Qanunun birinci bölməsinin 1-ci maddəsinə əsasən, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, özləri və ya valideynləri Azərbaycan Xalq Cümhuriyyəti ərazisində doğulmuş keçmiş Rusiya imperiyası vətəndaşları Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları hesab olunurdu

Mahiyyəti

redaktə

Qanuna görə, Azərbaycan vətəndaşlarından doğulanlar, Azərbaycan vətəndaşlarına ərə getmiş xarici vətəndaşlar, 17 yaşı tamam olmamış və Azərbaycan vətəndaşı tərəfindən övladlığa götürülmüş xarici vətəndaşlar Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşı hüququ qazanırdılar. Xarici vətəndaşa ərə getmiş Azərbaycan vətəndaşı boşandıqda, 17 yaşına çatmamış Azərbaycan vətəndaşının xarici vətəndaşdan doğulmuş övladı, elmi və digər istedadı ilə Azərbaycana xüsusi xidmət göstərmiş və Azərbaycana köçmüş xarici vətəndaş, Azərbaycanda hərbi və mülki xidmətdə olan xarici vətəndaş da Azərbaycan vətəndaşlığı hüququ əldə edirdi. Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs Azərbaycan dövlətinə sədaqət barədə Əsasnamədə olan xüsusi mətn əsasında and içməli idi

Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etdikdə o, Azərbaycan vətəndaşlığı hüququnu itirirdi. Azərbaycan vətəndaşlığından çıxmaq istəyən şəxslər yerli dairə məhkəmələrinin inzibati bölməsinə ərizə ilə müraciət etməli və öz ərizələrində hansı ölkənin vətəndaşlığını qəbul etdiklərini bildirməli idilər.

Azərbaycan vətəndaşlığından çıxmış şəxs yenidən Azərbaycan vətəndaşlığına qayıtmaq barədə yalnız 5 ildən sonra ərizə ilə müraciət edə bilərdi. İcazəsiz olaraq xarici vətəndaşlığı qəbul etmiş şəxslər isə yalnız Cümhuriyyət Hökuməti daxili işlər nazirinin xüsusi icazəsi ilə yenidən Azərbaycan vətəndaşlığını qəbul edə bilərdilər.

Həmçinin bax

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti
  • Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlıq andı
  • Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə

Mənbə

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında qanun maddəsi.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Xalq_Cümhuriyyəti_vətəndaşlığı_haqqında_qanun&oldid=7513959"
LOVE.AZ