. Love.az

Azerbaycan Xalq Cumhuriyyetinin Bas Erkani Herbi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Xalq Cumhuriyyetinin Bas Erkani Herbi

Baş Ərkani-Hərb və ya Baş Qərərgah- qoşun hissələrinin formalaşmasına, təlim-tərbiyəsinə, döyüş hazırlığına, hərbi əməliyyatların icrasına rəhbərlik edən ali hərbi idarəçilik orqanı.[1]

Səməd bəy Mehmandarov

Mündəricat

  • 1 Yaradılması
  • 2 Fəaliyyəti
  • 3 Ləğvi
  • 4 Mənbə
    • 4.1 İstinadlar
  • 5 Həmçinin bax

Yaradılması

redaktə
 
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Ərkani-Hərbinin rəisi Süleyman bəy Sulkeviç

1919-cu ilin martın 26-da hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə yaradılmışdı. Həmin vaxta qədər Baş Ərkani-hərbin funksiyalarını ümumi qərərgah həyata keçirirdiş Azərbaycan ordusu inkişaf etdikcə onun gündəlik fəaliyyət məsələlərinin və təsərrüfat problemlərinin həllinin bir orqanda- ümumi qərərgada cəmləşdirilməsi səmərəli nəticə vermirdi. Ona görə də, Baş Ərkani-hərb yaradılmaqla, qoşunların formalaşdırılması, təlim-tərbiyəsi, dislokasiyası və b. Məsələlər ona həvalə edildi.[2]

Fəaliyyəti

redaktə

Çar Rusiyası ordusu tərkibində yaradılmış I Müsəlman korpusunun keçmiş komandiri general-leytenant Məmməd bəy Sulkeviç Baş Ərkani-hərbin rəisi təyin edildi. Bu idarəetmə strukturunun tərkibində general-kvartirmeyster, hərbi topoqrafiya və hərbi daşınmalar idarələri var idi. General-kvartirmeyster idarəsi müharibəyə hazırlıq planlarının işlənilməsi, toplanış məntəqələrinin seçilməsi, onların hər cəhətdən hazırlanması və səfərbərlik planının tərtib edilməsi ilə məşöul olan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərbiyəni təşkil edən nizami bölmədən ibarət idi. Hərbi topoqrafiya idarəsi qoşun hissələrini və qərərgahları hərbi xəritələrlə təmin edirdi. Bir müddət sonra Baş Ərkani-hərbin tərkibinə keçirilmiş hərbi daşınmalar idarəsi dəmir yollarını və digər yolları hərbi məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi. Baş Ərkani-hərbin rəhbərliyi altında ordunun yeni hərbi hissələrinin yaradılması və möhkəmləndirilməsi sürətləndirildi, Abşeronun müdafiə sistemi, Bakının müdafiəs sistemi yaradıldı, Bakının dənizdən müdafiəsi işlənib hazırlandı, Şimal sərhədinin müdafiə sistemi quruldu.[1]

Ləğvi

redaktə

1920-ci il, fevralın 27-də general Süleyman bəy Sulkeviç Baş Ərkani-hərbin rəisi vəzifəsindən azad edildi. Həmin vəzifənin icrası müvəqqəti olaraq general-mayor Həbib bəy Səlimova tapşırıldı. Azərbaycan ordusunun idarəetmə orqanlarında aparılan islahatlarla əlaqədar olaraq 1920-ci ilin, martın 1-də Baş Ərkani-hərb ləğv edildi və onun funksiyaları Azərbaycan ordusu baş qərərgahına həvalə olundu.[2]

Mənbə

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Baş Ərkani-hərb maddəsi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Azərbaycan tarixi 7 cilddə, 5 cild, Bakı, 2001
  2. ↑ 1 2 Manaf Süleymanov, Azərbaycan ordusu (1918–1920), Bakı, 1998

Həmçinin bax

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti
  • Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu
  • Şimal sərhədinin müdafiə sistemi
  • Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Xalq_Cümhuriyyətinin_Baş_Ərkani-hərbi&oldid=5966952"
LOVE.AZ