. Love.az

Azerbaycan Xalq Cumhuriyyetinin Acilisi Munasibetile Siyasi Amnitsiya Haqqinda Qanun - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Xalq Cumhuriyyetinin Acilisi Munasibetile Siyasi Amnitsiya Haqqinda Qanun

Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətə başlaması münasibətilə həyata keçirilmiş humanizm aktı.[1]

Mündəricat

  • 1 Qəbul edilməsi
  • 2 Həyata keçirilməsi
  • 3 Həmçinin bax
  • 4 Mənbə
  • 5 İstinadlar

Qəbul edilməsi

redaktə

Bu barədə qanun 1918 il dekabrın 7-də Parlamentin birinci iclasında qəbul olunmuşdu.

Həyata keçirilməsi

redaktə

Amnistiya keçirmək məqsədilə Aslan bəy Qardaşov, Həmdulla Əfəndizadə, Ağa Zeynal Tağıyev, Aslan bəy Səfikürdski, S. Ağamalıoğlundan ibarət xüsusi heyət — "Əfvi-ümumi" komissiyası yaradılmışdı. Komissiya dekabrın 11, 13, 17 və 25-də keçirdiyi iclaslarda "Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı münasibətilə siyasi amnistiya haqqında" qanun layihəsini hazırlayaraq Parlamentin 1919 il yanvarın 8-də keçirilən 7-ci iclasının müzakirəsinə vermişdi. Qanuna görə 1918 il dekabrın 7-nə qədər həbs edilmiş və ölkədə qüvvədə olan keçmiş Rusiya qanunlarının həm cinayət, həm də mülki məcəllələrinin bir sıra maddələri ilə təqsirli bilinən şəxslər bağışlanırdı. Bu qanuna əsasən həmin il dekabrın 7-nə qədər törədilmiş və icraatda olan məhkəmə işlərinə də xitam verilirdi.

Həmçinin bax

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti
  • Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti

Mənbə

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında qanun maddəsi.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafik hesabatlar), c.l , B., 1998.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Xalq_Cümhuriyyətinin_açılışı_münasibətilə_siyasi_amnitsiya_haqqında_qanun&oldid=7454877"
LOVE.AZ