. Love.az

Azerbaycan Gencleri - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Gencleri
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.

Azərbaycan gəncləri — Azərbaycan SSR-də qəzet. Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı. Həftədə üç dəfə nəşr olunmuşdur.

Azərbaycan gəncləri
Sahibi Azərbaycan Kommunist Partiyası
Yaranma tarixi 27 oktyabr 1919
Dil Azərbaycan dili
Ölkə
  •  AXC
  •  SSRİ

Mündəricat

  • 1 Tarixi
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

İlk nömrəsi 27 oktyabr 1919-cu ildə "Gənc işçi" adı ilə Bakıda Azərbaycan dilində çıxmışdır. Bakı şəhəri və onun rayonlarının Beynəlmiləlçi Fəhlə Gənclər İttifaqı Mərkəzi Komitəsi nəşr etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təqibi nəticəsində 1919-cu ilin axırlarında nəşri dayandırılmışdır. 1923-cü ilin fevralında "Gənc işçi" adı ilə yenidən çıxmışdır. İkinci Dünya müharibəsi illərində nəşri müvəqqəti dayandırılmış, 1945-ci ilin iyulun "Azərbaycan gəncləri" adı ilə yenidə nəşrə başlamışdır. Qəzet gənclərin partiyaya, kommunizm işinə sədaqət, sovet vətənpərvərliyi, beynəlmiləlçilik ruhunda tərbiyə edilməsinə böyük rol oynamışdır. 1976-cı ildə birdəfəlik tirajı 430 min nüsxə idi. 1931-ci ildə Azərbaycan SSR-nin "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdir.[1]

Həmçinin bax

redaktə
  • Molodyoj Azerbaydjana
  • Azərbaycan pioneri

İstinadlar

redaktə
  1. ↑ Азәрбајҹан ҝәнҹләри // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 158–159.

Ədəbiyyat

redaktə
  • ""Azərbaycan gəncləri"". sherg.az (az.). İstifadə tarixi: 2023-12-29.
  • ""Gənc işçi"dən "Azərbaycan gəncləri"nədək." sherg.az (az.). İstifadə tarixi: 2023-12-29.

Xarici keçidlər

redaktə
  • ""Azərbaycan gəncləri" qəzetinin kollektivinə - 27 oktyabr 1994-cü il".
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_gəncləri_(qəzet)&oldid=7528091"
LOVE.AZ