Arxeoloji tapıntılar və müasir dövrə qədər gəlib çatmış maddi abidələr Azərbaycan ərazisində qədim dövrdə (Qobustan petroqlifləri), həmçinin Qafqaz Albaniyası dövründə (Qum bazilikası və Ləkit məbədi) mədəniyyətin inkişaf etdiyini göstərir.[1] Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf edir, məscidlər, mədrəsələr, türbələr tikilir, əsasən dekorativ incəsənətin ornamental forması inkişaf edir. XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin, baletin əsasının qoyulduğu ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir.[2] Sovet Azərbaycanı dövründə Azərbaycan mədəniyyətinin inkişafında əsaslı dəyişiklik baş verir.[3] XXI əsrdə isə Azərbaycan mədəni baxımdan müasirləşir.
Türkoloq və etnoqraf N. A. Baskakov Azərbaycan ədəbi dilinin inkişaf tarixini üç mərhələyə bölür:
İranikaya görə Azərbaycan türkçəsi ədəbiyyatının tarixi dörd mərhələdən ibarətdir: