Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Azərbaycanlıların uzunluq ölçü vahidləri — Tarixən azərbaycanlılar uzunluq ölçüsü kimi addım, qulac (qolac), qarış, çərək (bəzi bölgələrdə "qimey"), dirsək, ayaq, barmaq və digər bu kimi vahidlərdən istifadə etmişlər. Etnoqrafik materiallar göstərir ki, bu çəki və ölçü vahidləri uzun illər sontəsərrüfat və məişət həyatında istifadə olunmuş, bəziləri isə bu gün də işlədilməkdədir.
Orta əsrlərdə Azərbaycanda olmuş ərəb coğrafiyaşünas-səyyahların əsərlərində gün, mil, sikkə, mərhələ, bərid, dirsək, qarış və digər bu tip ölçü və çəki vahidlərinin adlarına rast gəlinir. Bəzi tədqiqatçılar bildirirlər ki, uzunluq ölçmək üçün yumruq, pəncə, gireh (4,4 sm), buğum, darı, tutmalaq (ovuc), güllük, bəhrə, kar, kəndir, ip, sicim, tənab, ciyə kimi vahidlərdən də istifadə olunmuşdur.
Azərbaycan xalqının məişətində isə baş, boyun, diş, kəllə, top, düymə və s. sözlərqədim dövrlərdən bu günə qədər say və miqdar ifadə etmək üçün geniş şəkildə işlədilir.
Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.