Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 15 may 2025 — Azərbaycan dilində olan Vikipediyada 204.309 məqalə var.
Azərbaycanca Vikipediya | |
---|---|
![]() | |
URL | az.wikipedia.org |
Layihənin mahiyyəti | qeyri-kommersiya təşkilatı |
Saytın tipi | onlayn ensiklopediya |
Qeydiyyat | məcburi deyil |
Dil | Azərbaycan dili |
Sahibi | Vikimedia Fondu |
Yaradılma tarixi | yanvar 2002 |
Məqalələrin sayı | 204.309 (55-ci yer) |
Faylların sayı | 14.898 |
Səhifələrin sayı | 611.129 |
lərin sayı | 8.120.350 |
İstifadəçilərin sayı | 309.674 |
Aktiv istifadəçilərin sayı | 548 |
İnzibatçıların sayı | 13 |
Dərinlik | 52,7 |
![]() |
25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir.
2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq onlayn ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır.
Azərbaycanca vikipediyaçılar arasında ilk görüş 6 dekabr 2009-cu ildə Qafqaz Media Tədqiqatları Mərkəzinin İçərişəhərdə yerləşən ofisində baş tutmuşdur. Görüşdə Vikipediyamızın 4 fəal istifadəçisi və bir proqram mütəxəssisi iştirak etmişdir.[5].
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Vikianbarda Azərbaycanca Vikipediya ilə əlaqəli mediafayllar var. |