. Love.az

Azerbaycanda Prezident Seckileri 1991 - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycanda Prezident Seckileri 1991

Azərbaycanda ilk prezident seçkiləri 1991-ci il sentyabrın 8-də Azərbaycan ərazisində baş tutdu. Prezident seçkiləri "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Bəyannaməsinin qəbul edilməsindən 10 gün sonra baş tutdu. seçkilərdə bir namizəd mübarizə apardı: Kommunist Partiyasının namizədi Ayaz Mütəllibov. O, səslərin 98,53 % topladı və Azərbaycan Prezidenti seçildi.

Azərbaycan  1992 →
Azərbaycanda prezident seçkiləri
8 sentyabr 1991
Seçici fəallığı 85.70 %
Namizəd Ayaz Mütəllibov
Partiya Sovet İttifaqı Kommunist Partiyası
Səslər 3 275 837
(98.53 %)

Nəticə Namizədliyi Sovet İttifaqı Kommunist Partiyası tərəfindən irəli sürülmüş Ayaz Niyazi oğlu Mütəllibov Azərbaycan Prezidenti seçildi.

Zəmin

redaktə

1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Bəyannaməsi qəbul edildi.

Daha sonra Azərbaycan SSR Ali Soveti tərəfindən 1991-ci il sentyabrın 8-də Azərbaycanda prezident seçkilərinin baş tutması barədə qərar qəbul edildi.

Nəticələri

redaktə

Seçici fəallığının 85,70 % olduğu seçkidə Ayaz Mütəllibov səslərin 98,53 % topladı və Azərbaycan Prezidenti seçildi.

Namizəd Partiya Səslər Lehinə %
Ayaz Niyazi oğlu Mütəllibov Sovet İttifaqı Kommunist Partiyası 3 275 837 98,53%
Əleyhinə 48 866 1,47%
Etibarsız 460 0,01%
Ümumi 3 325 163 100

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycanda_prezident_seçkiləri_(1991)&oldid=8068201"
LOVE.AZ