Azərbaycan Respublikasında tatarlar — Azərbaycan Respublikasında yaşayan, bu ölkənin vətəndaşı olan tatar əsilli əhali. Azərbaycan Respublikasında 2009-cu il siyahıya alınmasına görə 25 882 nəfər tatar yaşayır. Bu isə ümumi əhalinin 0,29 % təşkil edir.
1926[1][2] | 1939[3] | 1959[4] | 1970[5] | 1979[6] | 1989[7] | 1999[8][9][10] | 2009 |
---|---|---|---|---|---|---|---|
9 948 | ▲27 591 | ▲29 552 | ▲31 353 | ▼31 204 | ▼28 019 | ▲30 011 | ▼25 882 |
Tatarlar əsasən Azərbaycanın iri şəhərlərində cəmləşmişlər:Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ və s. Bakı şəhərində tatar icmasının 90%-dən çoxu yerləşir. Burada 25171 nəfər tatar yaşayır. Onlar Bakı əhalisinin azərbaycan türkləri və ruslardan sonra üçüncü böyük etnik qrupdur.[11] Azərbaycanda yaşayan tatarların bölgələr üzrə yerləşməsi:
Şəhərlər | Bakı | Sumqayıt | Gəncə | Mingəçevir | Şirvan | Abşeron | Ağdaş | Xaçmaz | Beyləqan | Quba | Lənkəran | Siyəzən | Qəbələ | Zaqatala | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Əhalinin sayı | 25171 | 116 | 52 | 38 | 4 | 57 | 4 | 131 | 24 | 63 | 13 | 18 | 10 | 11 |
Azərbaycanlı tatarlar əsasən müsəlmanlar və xristianlardır. İslam dininə etiqad edənlər sünniliyin hənəfi, azlıq şiə məzhəbinin isna-əşəriyyə bölməsindədirlər. Xristianlar isə Ortodoks məzhəbindədirlər.
Azərbaycan Respublikasında tatarlara aid icmalar:
Azərbaycanda yaşayan tatarlar azərbaycanlılarla birgə Novruz, Yeni il, Qurban, Ramazan bayramı ilə yanaşı özlərinin milli bayramı olan Sabantuy bayramını da qeyd edirlər[13].