. Love.az

Azad Semsiyev - Wikipedia - Love.az

Ana Səhifə - Azad Semsiyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

Azad Şəmsiyev (tam adı: Azad Əhməd oğlu Şəmşiyev; 7 may 1916, Şuşa – 21 oktyabr 1967, Bakı) — Neft və qaz quyuları qazılması sahəsində alim, texnika elmləri doktoru, professor, Böyük Vətən Müharibəsi iştirakçısı (1941–1945), AzETNÇİ, Azərbaycan Elmlər Akademiyasında böyük elmi işçi, Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriya rəhbəri.

Azad Şəmsiyev
Azad Əhməd oğlu Şəmşiyev
Doğum tarixi 7 may 1916
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 oktyabr 1967 (51 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Atası Əhməd Şəmsiyev
Anası Sükeynə Şəmsiyeva
Elmi dərəcəsi Texniki elmləri doktoru
Elmi adı Professor
İş yeri Azərbaycan Elmlər Akademiyası
Təhsili Azərbaycan Sənaye İnstitutu
Tanınır Neft və qaz quyularının qazılması, dag süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alim
Mükafatları Орден Красной Звезды WW2 Victory USSR OBVERSE

Mündəricat

  • 1 Həyatı
  • 2 Əmək fəaliyyəti
    • 2.1 Elmi tədqiqatları
  • 3 Mükafatları
  • 4 Mənbə
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Azad Əhməd oğlu Şəmşiyev 7 may 1916-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur. 1941-ci ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirib.

1961–1967-ci illərdə Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriyasının rəhbəri kimi çalışmışdır.

Azad Şəmsiyev neft ve qaz quyularının qazılması, dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir.

Azad Şəmşiyev 21 oktyabr 1967-ci ildə Bakı şəhərində vəfat edib.

Əmək fəaliyyəti

redaktə

Azad Şəmsiyev Kirov-da neftə trestində qazıma ustası köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlamışdır.


Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945–1949-cu illərdə Avstriyanın Vyana şəhərində Sovet neft idarəsində böyük mühəndis, şirkətin direktoru işləmişdir. 1949-cu ildən, Azərbaycan EA Neft institutu -nda fəaliyyətə başlamışdır.

1954-cü ildə Azərbaycan BA Neft ekspedisiyasında aspirant olarkən, "Qazımada uçmaların səbəblərinin təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Daha sonra AzETNÇİ da və Azərbaycan EA Azərbaycan neft və qaz yataqlarının işlənilməsi institutunda böyük elmi işçi işləmişdir. 1961–1968-ci illərdə Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriyasının rəhbəri olmuşdur. 1962-ci ildə "Neft və qaz quyularının qazılması zamanı süxurların uçulması və alət tutucularının təbiətinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Elmi tədqiqatları

redaktə

Elmi tədqiqatların sahəsi: quyularda müxtəlif mürəkkəbləşmələrin yaranması səbəblərinin aşkar edilməsi, quyu İülələrində qum tıxaclarının ləğv edilməsi məsələləri, mürəkkəbləşmiş şəraitlərdə quyuların qazılmasının nəzəriyyə praqtikasının tədqiqi; hidromonitor pərli və saroşkalı baltaların öyrənilməsi; dağ süxurlarının dağıdılması.

30-dan artıq elmi məqalənin və bir monoqrafiyanın müəllifi olub.

Mükafatları

redaktə

A. Şəmsiyev Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.

Mənbə

redaktə
  • Azərbaycanın neftçi alimləri /AMEA Geologiya İnstitutu; tərt.ed. Ə.M.Dadaşov; red.hey. Ak. A.Əlizadə, M.T.Abasov, Q.İ.Calalov, Q.M.Əfəndiyev.- B.: "Nafta-Press", 2007.- 252, [2] s.: portr., 24 sm/. (Səh. 220–221)

Xarici keçidlər

redaktə
  • pamyat-naroda.ru
  • Azad Şəmsiyev: tələbkar, təvazökar və karlı adam..
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azad_Şəmsiyev&oldid=8116050"
LOVE.AZ