. Love.az

Azad Eliyev Dirijor - Wikipedia - Love.az

Ana Səhifə - Azad Eliyev Dirijor
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Azad Əliyev.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Azad Sabir oğlu Əliyev (29 mart 1951, Bakı – 30 mart 2014, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor, Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (2006–2014).

Azad Əliyev
Azad Sabir oğlu Əliyev
Azad Sabir oğlu Əliyev
Ümumi məlumatlar
Doğum tarixi 29 mart 1951
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 30 mart 2014 (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Dirijor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20062006

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Azad Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirmişdir.

Pedaqoji fəaliyyətə 1960-cı ildən, 6 №-li musiqi məktəbindən başlamışdır. A. Zeynallı adına Orta ixtisas musiqi məktəbində, Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1974–1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır. 1972–1980-ci illər "Respublika" sarayının baş səs rejissoru olmuşdur. 1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsidndə çalışmışdır. Həmini dövrdə Sumqayıtda ilk kamera orkestri yaratmış və bu orketstrlə müxtəlif konsertlərdə çıxış etmişdir.

1992-ci ildən Ş. Məmmədova adına Opera studiyasının direktoru və BMA-nın "Opera hazırlığı" kafedrasının müəllimi vəzifəsində çalışırdı. Pedaqoji fəaliyyətilə yanaşı ifaçı kimi də fəaliyyət gəstərir. Eyni zamanda BMA-nin Solo oxuma və opera hazırlığı kafedrasının dosenti idi.

1981–1985-ci illərdə xalq artisti, skripka ifaçısı S. Qəniyevlə birgə pianoçu kimi SSRİ-nin bütün ölkələrində konsertlərdə çıxış etmişdir. 1992-ci ildən Opera Studiyasında dirijor kimi bir çox opera tamaşalarını – "Aida", "Traviata", "Gizli nikah", "Sevil", "Arşın mal alan" və s. hazırlamışdır.

2002-ci ildən Ü. Hacıbəyov adına Dövlət Simfonik Orkestrində ikinci dirijor kimi maraqlı konsert proqramları ilə çıxış etmişdir. 1994-cü ildən həyatının sonuna qədər Ş. Məmmədova adına Opera studiyasının bədii rəhbəri idi. 1999-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbində "Kamera ansamblı" və "Müşayiət" sinfinin müəllimi idi.

2001-ci ildən Niyazi adına Radio və Televizyanın Simfonik orkestrinin və Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ikinci dirijoru vəzifəsində çalışırdı. "Opera hazırlığı" sinfində 20-dən artıq məzun yetişdirmişdir. Onlardan əksəriyyəti Opera və Balet Teatrının solisti, bəziləri də Azərbaycanın xalq artistləridir.

2006-cı ildən həyatının sonuna qədər Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru idi.

2012-ci ildə professor və əməkdar incəsənət xadimi adına layiq görülmüşdü.

30 mart 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir[1].

Filmoqrafiya

redaktə
  1. Küçələrə su səpmişəm (film, 2004)

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2014-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-30.

Xarici keçidlər

redaktə
  • Overture (Ruslan & Lyudmila — Mikhail Glinka)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azad_Əliyev_(dirijor)&oldid=7932359"
LOVE.AZ