. Love.az

Azad Kerimov - Wikipedia - Love.az

Ana Səhifə - Azad Kerimov

Azad Azər oğlu Kərimov (31 oktyabr 1994-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir.

Azad Kərimov
Ümumi məlumatlar
Tam adı Azad Azər oğlu Kərimov
Doğum tarixi 31 oktyabr 1994 (30 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı
  •  Azərbaycan
Boyu 174
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Kəpəz
Nömrəsi 15
Karyerası
Klub karyerası[* 1]
2011—2012 Azərbaycan Lokomotiv-Biləcəri 17 (0)
2012—2015 Azərbaycan Bakı 12 (0)
2015—h.h Azərbaycan Kəpəz 24 (0)
Milli yığma[* 2]
2014—h.h Azərbaycan Azərbaycan U-21 1 (0)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Klub karyerası
    • 1.1 Çempionat
    • 1.2 Kubok
  • 2 Milli karyerası
  • 3 Uğurları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər
  • 6 Tarixçə

Klub karyerası

redaktə

Azad Kərimov öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Lokomotiv-Biləcəri klubunda start vermişdir.[1] 2012-ci ildə Kərimov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubuna transfer olmuşdur. O, əvvəlcə əvəzedicilər klubunda çıxış etsə də, 2014-cü ildə əsas komandaya dəvət almışdır.[2]

Çempionat

redaktə

Mövsümlər Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir:

№ Mövsüm Klub Oyun Qol Ehtiyatda
1 2011 / 2012 "Lokomotiv-Biləcəri" 17 0 8
2 2014 / 2015 "Bakı" 1 0 2

Kubok

redaktə

Mövsümlər Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir:

№ Mövsüm Klub Oyun Qol Ehtiyatda
1 2011 / 2012 "Lokomotiv-Biləcəri" 1 0 1

Milli karyerası

redaktə

2014-cü il avqustun 17-dən 20-dək Bakıda keçirilən Azərbaycan millisinin tədris-təlim məşqi zamanı olimpiya yığmasında iştirak etmişdir.[3]

Uğurları

redaktə
  • "Bakı" klubunun tərkibində 2012/2013 mövsümündə əvəzedicilər arasında Azərbaycanın çempionu olmuşdur.

İstinadlar

redaktə
  1. ↑ "Lokomotiv" (Biləcəri)  (az.)
  2. ↑ Əvəzedicilərimiz qış çempionudur Arxivləşdirilib 2014-07-16 at the Wayback Machine (az.)
  3. ↑ U-21 millimizin də heyəti açıqlandı Arxivləşdirilib 2014-08-26 at the Wayback Machine  (az.)

Xarici keçidlər

redaktə
  • Профиль игрока на сайте Профессиональной Футбольной Лиги Азербайджана  (az.)
  • Soccerway.com saytında profili (ing.)

Tarixçə

redaktə
  • player profile on soccerpunter.com  (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azad_Kərimov&oldid=8001198"
LOVE.AZ