Azaflı (əvvəlki: Azaplı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Azaplı kənd inzibati ərazi dairəsi tərkibindəki Azaplı kəndi Azaflı kəndi adlandırılmış, Azaplı kənd inzibati ərazi dairəsi Azaflı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[4]
Azaflı | |
---|---|
40°55′30″ şm. e. 45°39′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6017[2] |
Xəritəni göstər/gizlə
|
Kənd sakinləri arasında oykonim "Azaflı" kimi tələffüz olunur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin yaxınlığında, Köhnəqala adlı yerdə zindan (əzabxana) olmuş və kənd öz adını buradan götürmüşdür;[5] başqa bir sözlə, kəndin adı "Əzablı" sözünün yerli əhalidəki tələffüzündən gəlmişdir.
Türk Osmanlı ordusunda "azaplar" piyada, oxçu əsgərlərə deyilirdi. Rumıniyada eyni adlı kənd vardır.
Azaflı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
6054 | Köhnə qəbiristanlıq[6] | Orta əsrlər | Azaplı kəndindən 4 km şimal-qərbdə | Arxeoloji | Yerli |
Kənd Əsrikçayın sol sahilində, dağ ətəyində, Tovuz-Böyük Qışlaq yolunun sağında yerləşir. Bayramlı, Aşağı Quşçu və Dondar Quşçu kəndləri ilə həmsərhəddir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 1370 | 717 | 653 |
2009[8] | ↗1589 | ↗811 | ↗778 |
Kənd əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Kəndin ərazisi əkinçilik və maldarlıq üçün əlverişlidir.
Kənddə Azaflı kənd kitabxana filialı,[9] Azaflı kənd klubu,[10] Azaflı poçt şöbəsi (AZ6017)[11] fəaliyyət göstərir.
Kənddə Azaflı kənd tam orta məktəbi fəaliyyət göstərir.[12][13]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Azaflı həkim məntəqəsi yerləşir.[14]