. Love.az

Azatagac Mesesi - Wikipedia - Love.az

Ana Səhifə - Azatagac Mesesi

Azatağac meşələrinin (lat. Zelkova Spach) - Hirkan azatağacı[1] (lat. Z.hyrcana A.Grossh.) iqlim şəraitinə münasibəti baxımından bir qədər plastik ağac cinsi olub dəniz səthindən müxtəlif hündürlüklərdə və müxtəlif iqlim rejimlərində bitərək Lənkəranın düzən ərazisində, quru subtropik Muğan düzündə, həmçinin Talışın quru kontinental dağlıq[2] hissəsində bitir. Lənkəran zonasında sırf və qarışıq azatağac meşələrinə az təsadüf etmək olar. Burada azatağaclar 160-200 yaşında 36–40 m hündürlüyə və 1-1,5 m diametrə, 1 ha-da oduncaq ehtiyatı 600–800 m3-ə çatır. Tək-tək 300-400 yaşlı azat ağaclarına rast gəlinir, onların yoğunluğu 2,0-2,6 m-ə çatır. Belə ağaclar Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarında, əsasən qəbirstanlıqlarda qalmışdır.

Mündəricat

  • 1 Qorunması  
  • 2 Xarici keçid
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Qorunması  

redaktə

Dövlət tərəfindən qeydə alınıb qorunması vacib sayılan çoxyaşlı azatağaclarının sayı bu rayonlarda 209 ədəddir (Təhməzov, Yusifov. Əsədov, 2004). Onlardan 46-sı Masallı, 161-i Lerik, 9-u Lənkəran, 2-si Yardımlı rayonunun[3] payına düşür.  

Xarici keçid

redaktə
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Həmçinin bax

redaktə
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  • Azərbaycan coğrafiyası
  • Azərbaycan təbiəti

İstinadlar

redaktə
  1. ↑ Quliyev V.Ş., Xəlilov M.Y. Dendrologiya. Bakı, 2000. 260 s. Əliyev H.Ə., Xəlilov M.Y. Təbiətin yaşıl libası. “Gənclik” nəşr., Bakı, 1988. 174s.
  2. ↑ Məmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı “Elm” nəşr., 2002. 472 s.  
  3. ↑ Əliyev H.Ə. Həyəcan təbili. Bakı, 2002. 175 s.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azatağac_meşəsi&oldid=7469713"
LOVE.AZ