Böryən rayonu (başq. Бөрйән районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayon | |||||
Böryən rayonu | |||||
---|---|---|---|---|---|
Бөрйән районы | |||||
![]() | |||||
|
|||||
53°06′ şm. e. 57°26′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi | 4.442 km² | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
![]() |
|||||
![]() |
Rayonun inzibati mərkəzi Starosubxanqul kəndidir. Yaşayış məntəqəsi Ufadan 340 km aralıda yerləşir.
Böryən rayonu Cənubi Uralın mərkəzində yerləşir. 4442 km² əraziyə sahibdir. Rayonun ərazisi şərqdə su ayırıcı Uraltau, qərbdə isə Kalu silsiləsi əhatələnir. Ərazisindən Ağidel, Nuquş çayları axır. Barit, tikinti daşları, dam örtükləri, kərpic xammallı, qum, dolomit, maqnezit yataqları geoloji cəhətdən kifayət qədər dədqiq öyrənilməmişdir.
Böryən rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir. 1954-cü ildə rayon təşkil olunmayan Magnitogorsk vilayətinə qatılmalı idi.
2002[2] | 2008[3] | 2009[4] | 2010[5] | 2012 | 2013[6] |
---|---|---|---|---|---|
16 839 | ▲17 755 | ▲17 920 | ▼16 698 | ▼16 641 | ▼16 636 |
2014[7] | 2015[8] | 2016[9] | 2017[10] | ||
▼16 536 | ▼16 465 | ▲16 489 | ▲16 559 |
Ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Böryən rayonu ərazisin milli tərkibi: başqırdlar — 96,2 %, ruslar — 2,1 %, tatarlar 1,3 %, digər millər — 0,4 %[11].
2010-cu ildə Böryən rayonu Başqırdıstan Respublikasında təbii artıma görə birinci yeri tutmuşdur. Hər 1000 nəfərə 10,9 nəfər düşürdü.
Ziançurinski ayonunda 13 kənd inzibati vahidliyinə 34 yaşayış məntəqəsi daxildir[12].
Relyefi səbəbindən əazisinin 41,3 min ha əkinə yararlıdır (rayon ərazisinin 9,3 %). Yem tədarükü və arıçılıq sahələri inkişaf etmişdir. 208,1 min ha ərazisi meşələrdən ibarətdir. Rayonun ərazisinin əhəmiyyətli hissəsini Başqırd qoruğu və "Şulqan-Taş" tutur.
Rayon ərazisində 34 ümumtəhsil mərkəzi, 17 orta məktəb, incəsənət məktəbi, peşə uçilişi, 23 kütləvi kitabxana, 20 klub, 3 xəstəxana fəaliyyət göstərir. Burada başqırd dilində «Tan» adlı qəzet buraxılır.