. Love.az

Boyuk Eyridimdik - Wikipedia - Love.az

Ana Səhifə - Boyuk Eyridimdik

Böyük əyridimdik (lat. Numenius arquata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü.

Böyük əyridimdik
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Gruimorphae
Dəstə:
Çovdarçıkimilər
Yarımdəstə:
Scolopaci
Fəsilə:
Tənbəlcüllütlər
Cins:
Əyridimdik
Növ:
Böyük əyridimdik
Beynəlxalq elmi adı
  • Numenius arquata L., 1758[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  176596
NCBI  31919
EOL  45509193
FW  368591

Mündəricat

  • 1 Statusu
  • 2 Kateqoriyası
  • 3 Genefond əhəmiyyəti
  • 4 Qısa təsviri
  • 5 Yayılması
  • 6 Yaşayış yeri və həyat tərzi
  • 7 Sayı
  • 8 Məhdudlaşdırıcı amillər
  • 9 Əhali üçün əhəmiyyəti
  • 10 Qorunması üçün qəbul edilmiş tədbirlər
  • 11 Qorunması üçün məsləhət görülmüş tədbirlər
  • 12 İstinadlar
  • 13 Həmçinin bax

Statusu

redaktə

Nadirdir.

Kateqoriyası

redaktə

(NT). Təhlükə həddinə yaxındır.

Genefond əhəmiyyəti

redaktə

Azərbaycan faunasında cinsin 3 növündən biridir.

Qısa təsviri

redaktə

Qarğadan böyükdür (0,5-1,2 kq). Ümumi rənginə görə kiçik əyridimdiyə oxşayır. Amma başında və döşündə qonur fon üzərində uzanan qara naxışlar var. Quyruqüstü lələkləri ağdır.

Yayılması

redaktə

Reproduktiv arealı Avropa və Asiyanın meşə-bozqır zonasında yerləşib. Avropanın qərb hissəsində, Aralıq dənizi sahillərində, Afrikada və Asiyanın cənubunda qışlayır. Azərbaycana qışlamaq üçün gəlir, payızda və yazda buradan ötüb keçən miqrant populyasiyası da var.

Yaşayış yeri və həyat tərzi

redaktə

Rusiyada reproduktiv populyasiyası meşə-bozqır zonasının bataqlıq sahələrində məskunlaşıb nəsil verir. Azərbaycanda əsas qışlaq və miqrasiya yeri Xəzər dənizi sahilidir. Miqrant populyasiyası yazda mart ayında, payızda isə avqustdan oktyabra qədər müşahidə edilir. Qalıb qışlayanlara tək-tək təsadüf edilir. Əsas yemi həşərat və başqa onurğasız heyvanlardır.

Sayı

redaktə

XX əsrin ortalarına qədər miqrant populyasiyası çoxsaylı, Azərbaycanda qalıb qışlayanlar isə adi saylı olublar. Sonralar hər iki populyasiyası azalıb nadir olub.

Məhdudlaşdırıcı amillər

redaktə

Azalmasının əsas səbəbi reproduktiv arealında antropogen və antropik təsirlər olub: ovçuların birbaşa təqib etməsi, xam torpaqların istifadəsi, səs-küyün çoxalması, otlaqlarda yuvaların dağıdılması və s. Azərbaycanda miqrant və qışlamağa gələn populyasiyasının ovlanması da olub.

Əhali üçün əhəmiyyəti

redaktə

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

redaktə

Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir. Azərbaycanda xüsusi mühafizə statusu yoxdur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

redaktə

Azərbaycanda ovlanma hallarının aradan qaldırılması və "Qırmızı Kitab"a daxil edilməsi məsləhətdir.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
  2. ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Böyük_əyridimdik&oldid=6951240"
LOVE.AZ