. Love.az

Boyuk Camisli - Wikipedia - Love.az

Ana Səhifə - Boyuk Camisli
Bu adın digər istifadə formaları üçün bax: Camışlı (dəqiqləşdirmə).

Böyük Camışlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd.

Böyük Camışlı

Tarixi

redaktə

1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdir. Abaran çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[1] qeyd edilmişdir.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə camışlı türk tayfa adı[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə adı dəyişdirilib Alagöz (Alaqəz) qoyulmuşdur.

İstinadlar

redaktə
  1. ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.80
  2. ↑ İbrahimov (Şahin) T. Ə. Qaşqaylar, Bakı, "Elm", 1988. s.29
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Böyük_Camışlı&oldid=7594361"
LOVE.AZ