Böyük Qışlaq — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd.[3]
Böyük Qışlaq | |
---|---|
![]() | |
40°42′21″ şm. e. 45°32′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6019[2] |
Xəritəni göstər/gizlə
| |
![]() |
Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qarabağdan köçüb gəlmiş ailələr qışlaq yerində salmışlar. Ona görə də kənd belə adlandırılmışdır. Böyük sözü isə kəndi eyniadlı digər yaşayış məntəqələrindən fərqləndirməyə xidmət edir.[4]
Böyük Qışlaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
5197 | Məscid[5] | Qeyd olunmayıb | Böyük Qışlaq kəndi | Memarlıq | Yerli |
Kənd Əsrikçayın (Axıncaçayın qolu) sol sahilində, Murğuz silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 1666 | 797 | 869 |
2009[7] | ↗1671 | ↗843 | ↘828 |
Kənddə Böyük Qışlaq kənd kitabxana filialı,[8] Böyük Qışlaq kənd Mədəniyyət Evi,[9] Böyük Qışlaq poçt şöbəsi (AZ6019)[10] fəaliyyət göstərir.
Kənddə Gəray Nəsibov adına Böyük Qışlaq kənd tam orta məktəbi[11] və Böyük Qışlaq Şamlıq kənd ümumi orta məktəbi[12][13] fəaliyyət göstərir.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Böyük Qışlaq kənd xəstəxanası yerləşir.[14]