. Love.az

Boyuk Xor Sinaqoqu Baki - Wikipedia - Love.az

Ana Səhifə - Boyuk Xor Sinaqoqu Baki

Böyük xor sinaqoqu – Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşmiş keçmiş sinaqoq. Tikili hazırda Azərbaycan Dövlət Mahnı Teatrı kimi fəaliyyət göstərir.[1]

İudaizm
Böyük xor sinaqoqu
Böyük xor sinaqoqu.
Böyük xor sinaqoqu.
Xəritə
Din
Ləğvi 1932
Ölkə
  •  Azərbaycan
Memarlıq
İnşa tarixi 1902 – 1910
Üslubu yunan
Vəziyyəti Azərbaycan Dövlət Mahnı Teatrı

Mündəricat

  • 1 Tarixi
  • 2 Bərpa cəhdləri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Tarixi

redaktə

1902–1910-cu illərdə İosif Qoslavskinin layihəsi əsasında yunan üslubunda tikilmiş Böyük xor sinaqoqu Bakıda litvalı zəngin yəhudilərin pulu ilə tikilmiş ilk aşkenazi sinaqoqu olmuşdur.[1][2][3] Bakının yəhudi icmasının maliyyə dəstəyi və Azərbaycanlı xeyriyyəçilərin maddi ianələri hesabına tikilmişdir. Onlar arasında neft maqnatı Zeynalabdin Tağıyev də var idi.[1] Sinaqoqun tikintisi 100 min rubla başa gəlmişdir.[4]

Sinaqoq 1932-ci ilə qədər fəaliyyət göstərmişdir. Burada müxtəlif dini tədbirlər və ayinlər keçirilir, nikah mərasimləri baş tuturdu. 1930-cu illərdə SSRİ-də ateizm ideologiyası əsas tutularaq sinaqoqlar ləğv olunmağa başlanmışdır. 1934-cü ildə binada Bakı Yəhudi İşçi Teatrı, 1936-cı ildə isə Azərbaycan Dövlət Yəhudi Teatrına çevrilmişdir.[2]

Bərpa cəhdləri

redaktə

1980-ci illərdə Bakı yəhudi icmasının üzvləri sinaqoqun qaytarılmasına yardım etməsi xahişi ilə Moskvaya, baş ravvinin yanına getmişdirlər. Amma o, təklifi rədd etmişdir. 2005-ci ildə yəhudi icması növbəti dəfə sinaqoqun qaytarılması xahişi ilə hakimiyyətə müraciət etməyə çalışmışdır, amma hökumət bundan imtina etmişdir.[1] 2009-cu ildə Dağ yəhudilərinin sinaqoqunun ravvini Rubin İzmailov tikilinin yenidən sinaqoqa çevrilməsini istədiyini bildirmişdir.[5] Azərbaycanda yaşayan və başqa ölkələrə köçmüş Bakı yəhudiləri vaxtaşırı tikilinin yəhudilərə qaytarılması barədə yazılar dərc etməyə davam edirlər.[1]

Həmçinin bax

redaktə
  • Azərbaycandakı sinaqoqların siyahısı

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 "Bakı yəhudiləri Xoralı sinaqoqu binasının onlara qaytarılmasını istəyirlər". Turan İnformasiya Agentliyi. 5 iyun 2021. Archived from the original on 2024-01-14. İstifadə tarixi: 14 yanvar 2024.
  2. ↑ 1 2 "Bakı Xor Sinaqoqu: yəhudilərdən qalmış tarix". Baku Plus. 26 oktyabr 2023. 14 yanvar 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.
  3. ↑ "111 yaşlı, nəğmə soraqlı ünvan". Mədəniyyət Nazirliyi. 2 aprel 2022. 14 yanvar 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.
  4. ↑ "Baku". Jewish Encyclopedia (ingiliscə). 24 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.
  5. ↑ "Yəhudilər sinaqoqun sökülməsini istəmirlər". Həftə.az. 23 iyul 2009. 2024-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Böyük_xor_sinaqoqu_(Bakı)&oldid=7803651"
LOVE.AZ