. Love.az

Boyukduz Dagi - Wikipedia - Love.az

Ana Səhifə - Boyukduz Dagi
Bu adın digər istifadə formaları üçün bax: Böyükdüz.

Böyükdüz dağı — Culfa rayonu ərazisində dağ (hünd. 961,5 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Küznüt kəndindən 4,2 km şimal-şimal-qərbdədir. Orta Miosenin Karaqan mərtəbəsinə aid Payız lay dəstəsinin qumlu-gilli çöküntülərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında müşahidə edilən Darıdağ antiklinalının Naxçıvan qoyulma çökəkliyinin hüdudlarına izlənilən şimal-qərb periklinal hissəsinin Üst Pleystosenin allüvial-prolüvial törəmələrilə əhatə olunmuş şimal qanadının erozion qalığına cavab verən maili günbəzvari yüksəklikdir. [1]

Böyükdüz dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 961,5 m
Yerləşməsi
39°09′51″ şm. e. 45°29′39″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Culfa
Böyükdüz dağı xəritədə
Böyükdüz dağı
Böyükdüz dağı

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Böyükdüz_dağı&oldid=6641216"
LOVE.AZ