. Love.az

Boyukkisi Abdullayev - Wikipedia - Love.az

Ana Səhifə - Boyukkisi Abdullayev
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Bu məqalənin üslubu və ya stili Vikipediyada istifadə olunan ensiklopedik tərzdə olmaya bilər.
Müvafiq müzakirə müzakirə səhifəsində mövcud ola bilər. (oktyabr 2024)

Böyükkişi Abış oğlu Abdullayev (1935, Ərəbxana, Kürdəmir rayonu – 20 fevral 1994) — Kürdəmir taxıl məhsulları kombinatının direktoru, Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı[1]

Böyükkişi Abdullayev
Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı
Şəxsi məlumatlar
Doğum tarixi 1935
Doğum yeri Kürdəmir
Vəfat tarixi 1994
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

redaktə

1935-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olub. Orta təhsilini rayonun 1 saylı orta məktəbində alıb. 1952-ci ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasının "Mexanizasiya" fakültəsini bitirərək ali təhsilini başa vurub.

1957–1959-cu illərdə Göyçay Regional Ərazi Maşın-Traktor Stansiyasında (MTS) mühəndis vəzifəsində işləyib.

1959–1963-cü illərdə Kürdəmir Avtonəqliyyat Müəssisəsində istismar rəisi vəzifəsində çalışıb.

1963–1972-ci illərdə Kürdəmir Avtonəqliyyat Müəssisəsində idarə rəisi olaraq işləyib.

1972–1973-cü illərdə Seyid Əzim Şirvani adına Kolxoz İdarə Heyətinin sədri, 1973–1975-ci illərdə isə Kürdəmir Maşın-Traktor Stansiyasının direktoru işləyib.

1975–1985-ci illərdə Kürdəmir Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir.

1986–1994-cü illərdə Kürdəmir Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində çalışıb.

1990-cı il sentyabrın 30-da keçirilmiş seçkilərdə Kürdəmir rayonu 251 nömrəli Mollakənd seçki dairəsindən Azərbaycan[2]Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Böyükkişi Abdullayevin ölkənin taxılçılıq sahəsinin inkişafında xüsusi xidmətləri olmuşdur. 20 fevral 1994-cü ildə dünyasını dəyişmiş və rayonun Fəxri Xiyabanında dəfn olunmuşdur.

Təltifləri

redaktə
  • Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür.[3]

İstinadlar

redaktə
  1. ↑ Fərəcov, Rəşid. Kürdəmir Salnaməsi (az.). Bakı: Yazıçı. 2011.
  2. ↑ "Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatlarının siyahısı | Obastan / Viki". obastan.com (az.). İstifadə tarixi: 2024-10-28.
  3. ↑ Azayev, Əlisəfa. Kürdəmir həqiqətləri (az.). Bakı: Maarif. 2022. 36–43.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Böyükkişi_Abdullayev&oldid=8048199"
LOVE.AZ