. Love.az

Burhani Tereqqi - Wikipedia - Love.az

Ana Səhifə - Burhani Tereqqi

Bürhani-Tərəqqi — 1906–1911-ci illərdə Həştərxanda müəyyən fasilələrlə nəşr olunan, daha çox dini məqalələr çap edən qəzet.

Bürhani-Tərəqqi
Baş redaktor
  • Mustafa Lütfi İsmayılov
Yaranma tarixi may 1906
Dil Tatar dili, Azərbaycan dili
Nəşrini dayandırıb fevral 1911
Ölkə
  •  Rusiya imperiyası

İlk nömrəsi 1906-cı il iyunun 8-də çıxmışdır. Naşiri və redaktoru Mustafa Lütfi İsmayılov Şirvanski idi. Qəzetdə yerli müəlliflərlə yanaşı N. Nərimanov da iştirak etmiş, "Elmi və fənni" mövzularda bir sıra məqalələr ("Tibb və islam" və b.) dərc etdirmişdir. Qəzetdə M.Ə. Sabir, M. Hadi və başqaları da öz əsərlərini çap etdirmişlər. 1907-ci ilin iyun ayının axırlarında qəzetin nəşri dayandırılmışdır. Təxminən bey ay sonra 1907-ci il 18 noyabrda qəzetin növbəti nömrəsi buraxılmışdır[1].

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M. Babayev, Bakı, "Maarif", 1993, səhifə 41.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bürhani-Tərəqqi&oldid=8081544"
LOVE.AZ