. Love.az

Burokrat - Wikipedia - Love.az

Ana Səhifə - Burokrat

Bürokrat — bir dövlət orqanında işləyən ali məqamlı məmurdur. Siyasətçilərdən fərqli olaraq vəzifəyə seçki ilə yox, təyinatla gəlirlər.

Ən yüksək rütbəli bürokratlar; müşavirlər, səfirlər, konsullar, qubernatorlar, attaşeler, kaymakamlar, şöbə müdirləri və SEE rəhbərləridir.

Ali məqamlı məmur olsa da, bir çox dövlət işçisindən daha çox ön sıralarda olmaq potensialına malikdir.

Azərbaycanda bürokratlara nümunələr: Vitse-prezidentlər, nazirlər, sədrlər, rəislər, icra başçısı, müdirlər və s.

Onlar bürokratiyanın üzvləridirlər. Hər hansısa bir ölçüdəki hər hansısa bir təşkilatın rəhbərliyini təşkil edən şəxs və ya şəxslər olmalarına baxmayaraq, bu termin ümumiyyətlə hökumətdə və ya korporativ təşkilatda olan birinə aiddir.[1]

Mündəricat

  • 1 Etimologiyası
  • 2 Cəmiyyətdəki rolu
  • 3 Bürokratların xüsusiyyətləri
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Əlavə ədəbiyyat siyahısı
  • 7 Xarici keçidlər

Etimologiyası

redaktə

Bürokrat termini “bureaucracy” sözündən götürülmüş, bu söz isə öz növbəsində birinci dəfə XVIII əsrdə fransız dilindəki “bureaucratie” sözündən yaranmışdır.[2] Bu sözün birinci dəfə 1745-ci ildə fransız fiziokratı və o vaxtkı ticarət naziri Vincent de Gournay tərəfindən işlədilməsi haqqında fikir birliyi mövcuddur. Söz latın dilindən tərcümədə ofis və məmurlar mənasını verən “Burrus” sözünün və güc mənasını verən “Cratie” şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Köhnə fransız dilində “la bure” tünd rəngli parça deməkdir. Anlayışın etimoloji mənşəyi də bu məna ilə uzlaşır. Çünki o zaman dövlət qulluğunda olan məmurlar üstü qara rəngli parça ilə örtülmüş olan stolların arxasında əyləşirdilər.

Cəmiyyətdəki rolu

redaktə

Bürokratlar hökumətdə inzibati, funksional və idarəedici vəzifələr tutmaqla müasir cəmiyyətdə müxtəlif rollar ifa edirlər.[1][3][4] Onlar poçt xidmətləri, təhsil və səhiyyə xidmətləri və müxtəlif tənzimləyici təşkilat və orqanlar kimi mərkəzi hökumət təşkilatları üçün qəbul edilmiş olan siyasətlərin gündəlik olaraq həyata keçirilməsini təmin edirlər.[5]

Bürokratların xüsusiyyətləri

redaktə

Alman sosioloq Maks Veber bürokratı belə tərif etmişdir[6]:

  • Onlar şəxsi olaraq azaddırlar və davranışlarına əsasən vəzifələrinə təyin olunurlar.
  • Onların təyinatları və yerləşdirilmələri texniki təchizatlarından asılıdır.

Həmçinin bax

redaktə
  • Bürokratiya

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Bureaucracy and Development in Saudi Arabia". The Middle East Journal. JSTOR 4326973.
  2. ↑ "bureaucrat - definition of bureaucrat in English | Oxford Dictionaries". Oxford Dictionaries | English. 23 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2016.
  3. ↑ "The North Korean bureaucracy is here to stay". 6 oktyabr 2014. 8 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2015.
  4. ↑ "CSS Exam Pattern and Paper Format". Smadent. smadent.com. 31 may 2020. 27 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2020.
  5. ↑ "Who Are the Bureaucrats?". US History American Government. Independence Hall Association in Philadelphia. 1 dekabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2015.
  6. ↑ Max Weber. "Wirtschaft und Gesellschaft". 650–78. (#cite_web_url)

Əlavə ədəbiyyat siyahısı

redaktə
  • Haass, Richard N. The Bureaucratic Entrepreneur: How to Be Effective in Any Unruly Organization. Washington, DC: Brookings Institution. 1999. ISBN 0815733534.
  • Goodsell, Charles T. The Case for Bureaucracy: a Public Administration Polemic (4th). Washington, DC: CQ Press. 2004. ISBN 1568029071.
  • Hummel, Ralph P. The Bureaucratic Experience: the Post-Modern Challenge (5th). Armonk, NY: M.E. Sharpe. 2008. ISBN 9780765610102.

Xarici keçidlər

redaktə
  • John Kilcullen, Mq.edu.au Arxivləşdirilib 2012-04-30 at the Wayback Machine, Lecture—Max Weber: On Bureaucracy
  • National Association of Professional Bureaucrats
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bürokrat&oldid=8125111"
LOVE.AZ