. Love.az

Bicaq Qiyme - Wikipedia - Love.az

Ana Səhifə - Bicaq Qiyme
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Bıçaq Qiymə — Ərdəbil bölgəsinə aid ənənəvi yemək.

Bıçaq Qiymə

Mündəricat

  • 1 Lazım olan ərzaqlar
  • 2 Hazırlanma qaydası
  • 3 Görüntülər
  • 4 İstinadlar

Lazım olan ərzaqlar

redaktə
  • 400 qram qıyılmış qoyun əti
  • 4 baş soğan
  • 4 ədəd yumurta
  • Yarım stəkan badam dilimləri
  • Yarım çay qaşığı zəfəran tozu
  • 2 ədəd dəfnə yarpağı
  • 1 litr su
  • 100 qram kərə yağı
  • 1 yemək qaşığı limon suyu və ya abqora
  • Lazım olan miqdarda ədviyyələr (İstiot, sarıkök, darçın, hil, duz və ...)

Hazırlanma qaydası

redaktə

Dilimlənmiş badamları təxminən 2 ilə 3 saat suda isladıb, süzməkdən sonra bir az kərə yağına qovurun.

Dilimlənmiş soğanları kərə yağı ilə qızılı rəngə çevirikənə kimi qovurun. Sonra ət suyu şirəsi çəkilənə kimi soğan içərisində dəfnə yarpağı ilə əti qovurun, qovurarkən ətə ədviyyat əlavə edin və bir az qızardın.

Əti qovurduqdan sonra ətini bişirmək üçün üstünə bir az su tökün. Ət bişdikdən sonra qızardılmış dilimləri zəfəranla əlavə edin.

Pörtləmə suyu az və lazımlı miqdarda olduqda, yumurtaları bir-bir yeməyin üstünə verib və sarısının üzərinə bir az zəfəran səpin.

Sonda yumurtalar bağlamaq üçün qabın qapağını bağlayın. Yumurta bişdikdən sonra qaranı istədiyiniz plov ilə süfrəyə verib və zəfəranlı düyünün yanında isti soğanla süfrəyə verin.

Bu yemək zəfəran plovu ilə süfrəyə verilə bilər. Habelə yumurtaları ayrıca qızardıb süfrəyə verərkən yeyə bilərsiniz.

Görüntülər

redaktə
  •  
  •  
  •  

İstinadlar

redaktə
  • Beytutə
  • Çişi
  • Nəmnak
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bıçaq_qiymə&oldid=8009962"
LOVE.AZ