. Love.az

Bigli Mustafa Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Bigli Mustafa Pasa

Bığlı Mustafa Paşa (ö. dekabr 1650) — Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.

Mustafa Paşa
48. Osmanlı kaptan-ı dəryası
28 iyul 1649 – oktyabr 1649
(ləqəbi: Bığlı)
ƏvvəlkiVoynuq Əhməd Paşa
SonrakıHeydərzadə Mehmed Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi dekabr 1650

Həyatı

redaktə

Doğum tarixi və əsli barədə məlumat yoxdur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, sarayda riqabdar ağası olaraq xidmətə alındı. Ardından 1638-ci ilin dekabrında yeniçəri ağası olub, 1640-cı ilin martında vəzifədən alındı. Daha sonra Mərəş, 1648-ci ildə Qars sancaqbəyi və divan vəziri olub, Krit adasına göndərildi. 28 iyul 1649-cu ildə kaptan-ı dərya təyin edilsə də, həmin ilin oktyabrında vəzifədən alındı. Ardından Rumeli bəylərbəyi təyin edildi və bu vəzifədə ikən 1650-ci ilin dekabrında vəfat etdi.

Mənbə

redaktə
  • Sicill-i Osmani IV, səh. 164.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bığlı_Mustafa_Paşa&oldid=7140644"
LOVE.AZ