. Love.az

Bilis Fk - Wikipedia - Love.az

Ana Səhifə - Bilis Fk

Bılis FK (alb. KF Bylis) — Albaniya futbol klubu. Albaniyanın Balşi şəhərini təmsil edir.

Bılis Futbol Klubu
KF Bylis
Loqonun şəkli
Klubun tam adı Klubi Sportiv Bylis Ballsh
Ölkə AlbaniyaAlbaniya
Rəng(lər) Sarı-qırmızı
Yaranma tarixi 14 iyul 1972 (52 il əvvəl) (1972-07-14)
Stadionu Aduş Muça stadionu
Tutumu 2464
Prezidenti Besnik Kappanay
Baş məşqçisi Gentian Mezani
Liqa Albaniya Superliqası
Ev forması
Səfər forması

Mündəricat

  • 1 Tarix
    • 1.1 Klub tarixində əhəmiyyətli illər
  • 2 Titulları
  • 3 Oyunçular
  • 4 İstinadlar

Tarix

redaktə

Klub 14 iyul 1972-ci ildə "Ballshi i Ri" adı ilə yaradılıb və 1973–1976-cı illərdə Albaniyanın Üçüncü Divizionunda çıxış edib. Lakin 1976–1981-ci illərdə Albaniyada olan və hər rayonu bir klubun təmsil etməsi qanuna görə Albaniya futbolunda iştiraka icazə verilməyib. Buna görə də, bu müddət ərzində klubun fəaliyyəti dayanıb. Ancaq 1981-ci ildə yenidən formalaşan klub, Albaniya Üçüncü Divizionunda oynamağa başlayır. Klub 1986-cı ildə üçüncü dvizionun qalibi olur və Albaniya İkinci Divizionuna yüksəlir.

Klub 1986–1996-cı illər arasında 10 il İkinci Divizionda iştirak edir. 1995–96 mövsümündə klub 124 qol vurur və cəmi 21 qol buraxır. Bu mövsümdə klubun ən çox qol vuran oyunçusu olan Agim Metaj, Albaniya liqaları tarixində bir mövsümdə ən çox qol vuran oyunçu olur və hətta Fransanın nüfuzlu Football jurnalı tərəfindən qeyd edilir. Bununla belə, rekord qıran mövsümə baxmayaraq, onlar liqada yalnız ikinci yeri tuturlar. Bu nəticə isə, onlara Albaniya Super Liqasına yüksələməyə kifayət edir.[1]

Klub tarixində əhəmiyyətli illər

redaktə
  • 1972 — "Balshi I Ri" adı altında klubun yaradılması
  • 1995 — klubun adı dəyişdirilib "Bılis" adlandırılıması
  • 1997 — Albaniya Super Liqasında debüt
  • 1999 — Avropa yarışlarında debüt

Titulları

redaktə
  • Albaniya çempionatı:
    • Bürünc medal (1): 1998/99.
  • Albaniya Kuboku:
    • Finalçı (1): 2013.

Oyunçular

redaktə
Sonuncu dəfə 30 aprel 2025 tarixində yeniləndi[2]
Nömrə Ölkə Mövqeyi Futbolçu
1   GK Renato Beqay
3   DF Bruno Nascimento
4   MF Roy Syla
6   DF Eduart Mahmuti
8   MF Ousmane Kane
9   FW Mario Gjata
10   MF Viktor da Silva
11   FW Aleksandros Baçi
13   DF Fabyan Perndreca
14   DF İqor Almeida
16   FW İbrahim Mustafa
17   FW Abubakar Kamara
18   MF Flamur Ruçi
19   FW Endri Çelay
20   FW Malomo Ayodeyi
21   MF Henri Sulovari
Nömrə Ölkə Mövqeyi Futbolçu
22   MF Ervis Kasay
23   DF Makkarti Ofori
25   GK Toni Batista
33   GK Klevis Hasanbelli
41   FW Erik Berko
44   DF Aurel Marku
55   DF Hiqor Fellipe
66   MF Alban Çeyku
69   FW Laert Papa
70   MF Alex Peralta
76   MF Arli Perqyoni
77   MF Marin Abazaj
96   DF Darko İlieski
98   MF Valisson Nem
99   FW Laercio Georges

İstinadlar

redaktə
  1. ↑ Para viteve ‘90, asnjëherë mes më të mirëve Arxivləşdirilib 2014-03-21 at Archive.today
  2. ↑ "Bylis Ballsh squad". Soccerway. 7 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2017.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bılis_FK&oldid=8122849"
LOVE.AZ