. Love.az

Behlul Mustafazade - Wikipedia - Love.az

Ana Səhifə - Behlul Mustafazade

Bəhlul Mustafazadə (27 fevral 1997[1][2], Bakı) — azərbaycanlı futbolçu. Ağdamın "Qarabağ" klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi.[3]

Bəhlul Mustafazadə
Ümumi məlumatlar
Doğum tarixi 27 fevral 1997(1997-02-27)[1][2] (28 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı
  •  Azərbaycan
Boyu 1,91 m
Mövqeyi Müdafiəçi
Əsas ayağı Sağ
Klub haqqında məlumat
Klub Azərbaycan Qarabağ FK
Nömrəsi 13
Karyerası
Gənclik karyerası
Azərbaycan Qəbələ
Klub karyerası[* 1]
2016–2019 Azərbaycan Qəbələ 23 (1)
2017–2018 → Azərbaycan Sumqayıt 18 (2)
2019–2021 Azərbaycan Sabah 35 (1)
2021—h.h. Azərbaycan Qarabağ 61 (2)
Milli yığma[* 2]
2013–2014 Azərbaycan Azərbaycan U-19 3 (0)
2014–2019 Azərbaycan Azərbaycan U-21 8 (1)
2019—h.h. Azərbaycan Azərbaycan 30 (1)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 iyun 2024 tarixində redaktə olunub.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 iyun 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Klub karyerası
    • 1.1 Qəbələ
    • 1.2 Sumqayıt
    • 1.3 Sabah
  • 2 Karyera statistikası
    • 2.1 Klub
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Klub karyerası

redaktə

Qəbələ

redaktə

Mustafazadə Qəbələ FK akademiyası vasitəsilə inkişaf etmişdir. Mustafazadə 1 yanvar 2017-ci ildə Qəbələ FK klubundan Sumqayıt FK klubuna icarəyə verilmişdir.[4]

Sumqayıt

redaktə

Mustafazadə öz peşəkar karyerasında debütünü Sumqayıt klubu ilə 9 fevral 2017-ci ildə etmişdir. O, Kəpəz PFK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Sumqayıt Azərbaycan Premyer Liqası görüşündə Kəpəzə 3–1 hesabı ilə qalib gəlmişdir.[5]

Sabah

redaktə

2019-cu ildə B. Mustafazadə Sabah klubuna keçdi və klubla 3 illik müqavilə imzaladı. 2021-ci ildə "Sabah"dan BƏƏ-nin "Əl-Əyn" klubuna Azərbaycan üçün heç də az hesab edilməyən 500 min avroya (təxminən 930 min manat) keçid etdi. "Əl-Əyn" daha sonra bu keçiddən imtina etsə də, "Sabah" klubunun FİFA-ya şikayətindən sonra dünyanın ali futbol qurumu Azərbaycan təmsilçisinin şikayətini haqlı hesab etdi. Ərəblərin CAS-a müraciəti də onlar üçün müsbət nəticə vermədi. İdman Arbitraj məhkəməsi də Azərbaycan klubunun xeyrinə qərar verdi. Bu məsələyə 2023-cü ildə yekun vuruldu və "Sabah" nəinki onlara çatmalı olan 500 min avronu, həmçinin müəyyən qədər əlavə təzminat da əldə etdi.[6]

Karyera statistikası

redaktə

Klub

redaktə
Sonuncu dəfə 5 yanvar 2023 tarixində yeniləndi[3]
Klub Mövsüm Liqa Ölkə Kuboku Beynəlxalq Ümumi
Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Qəbələ U19 2016–17 0 0 0 0 21 0 2 0
Sumqayıt (icarə) 2016–17 Premyer Liqa 4 0 0 0 0 0 4 0
Sumqayıt(icarə) 2017–18 Premyer Liqa 16 2 5 0 0 0 21 2
Qəbələ 2018–19 Premyer Liqa 23 1 5 0 1 0 28 1
Sabah 2019–20 Premyer Liqa 18 0 1 0 0 0 19 0
Sabah 2020–21 Premyer Liqa 17 1 0 0 0 0 17 1
Qarabağ 2021–22 Premyer Liqa 16 0 2 0 3 0 21 0
Qarabağ 2022–23 Premyer Liqa 14 0 1 0 11 0 27 0
Ümumi karyera 108 4 14 0 17 0 139 4

1 19 yaşlılar arasında UEFA Çempionlar Liqası görüşləri daxildir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bahlul Mustafazada // Transfermarkt (çd.). 2000.
  2. ↑ 1 2 Bəhlul Mustafazadə // FBref (çd.).
  3. ↑ 1 2 "Azerbaijan – B. Mustafazade – Profile with news, career statistics and history – Soccerway". soccerway.com. 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  4. ↑ "Sumqayıt FK Bəhlul Mustafazadəni heyətinə qatıb". sumqayitpfc.az (Azerbaijani). Sumgayit FK. 7 February 2017. 11 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 February 2017.
  5. ↑ "Sumgayit vs. Kapaz – 9 February 2017 – Soccerway". soccerway.com. 2017-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  6. ↑ ""Sabah"ın oyunçu satışları – 2,5 milyon manatdan çox gəlir əldə ediblər". sportal.az (ingilis). 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2024.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəhlul_Mustafazadə&oldid=7661040"
LOVE.AZ