Bəhmən Əliyev (31 dekabr 1934, Bakı – 24 dekabr 1993) — Azərbaycan animator-rejissoru və ssenari müəllifi.
Bəhmən Əliyev | |
---|---|
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (58 yaşında) |
Fəaliyyəti | Animator, rejissor, ssenari müəllifi |
Fəaliyyət illəri | 1961-1993 |
İstiqamət | animasiya |
IMDb | ID5745467 |
Bəhmən Əliyev 1934-cü il dekabrın 31-də Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və və İncəsənət Universitetinin rəssamlıq fakültəsini müvəffəqiyyətlə bitirib. 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasından "Soyuzmultfilm"in təşkil etdiyi multiplikasiya kurslarına göndərilib. 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasının direktoru Adil İsgəndərov onu Bakıda işləməyə dəvət edib. Bu illər ərzində Azərbaycanda yaradılan, demək olar ki, bütün animasiya filmlərinə öz imzasını atıb. 1993-cü ilin dekabrın 24-də vəfat edib.
Bəhmən Əliyevin Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondu yaradılıb.