. Love.az

Behramsah Qeznevi - Wikipedia - Love.az

Ana Səhifə - Behramsah Qeznevi

Bəhramşah Qəznəvi - Qəznəvilərin on dördüncü sultanı. Xarici siyasətdə müstəqil olmamış, Sultan Səncərin vassalı olaraq hakimiyyət sürmüşdür.

Bəhramşah Qəznəvi
یمین الدولہ‎
Qəznəvilərin XIV sultanı
ƏvvəlkiArslanşah Qəznəvi
SonrakıXosrovşah Qəznəvi
Şəxsi məlumatlar
Doğum tarixi 1084
Doğum yeri Qəznə
Vəfat tarixi 1157
Vəfat yeri Qəznə
Dəfn yeri Qəznə
Atası Sultan Məsud Qəznəvi
Uşağı Xosrovşah Qəznəvi
Ailəsi Qəznəvilər sülaləsi
Dini Sünnilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyətə gəlişi

redaktə

Arslanşaha qarşı mübarizəsində Səffari əmiri Tacəddin Əbül Fəzl və Sultan Səncərdən yardım alan Bəhramşah 1118-ci ildə sultan olmuşdu.

Hakimiyyəti

redaktə

1119-cu ildə Arslanşaha sadiq qalan Lahor hakimi Əbu Hatim Məhəmmədin üsyanı üzərinə Hindistana gedən Bəhramşah onu və 17 oğlunu öldürərək dövləti stabilləşdirdi. 1149-cu ildə Qəznəyə sığınmış olan Qütbəddin Məhəmməd Qurinin zəhərlənməsi Qurilərin başçısı Əlaəddin Qurini əsəbləşdirdi, o Qəznəyə hücum etdi, şəhəri yeddi gün, yeddi gecə yandırdı. Səbuk Təkin, Sultan Məsud Qəznəvi və İbrahim Qəznəvi istisna olmaqla bütün Qəznəvilərin qəbirləri və kitabxanalar yandırıldı. Bəhramşah Hindistana qaçdı. 24 iyun 1152-ci ildə Sultan Səncər Quriləri məğlub edərək Qəznəni yenidən Bəhramşaha verdi. Bəhramşah hələ 5 il sultanlıq etsə də Qəznənin xarabaya çevrilməsi dövlətin süqutunu sürətləndirdi.

İstinadlar

redaktə
Sələfi
Arslanşah Qəznəvi
  Bəhramşah Qəznəvi
1118–1157
  Xələfi
Xosrovşah Qəznəvi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəhramşah_(Qəznəvi_hökmdarı)&oldid=7175189"
LOVE.AZ