Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bəhram bəy Axundov (1861, Şuşa – 1932, Bakı) — Fransanın Lill Akademiyasının məzunu, ADR-in Milli məclisinin üzvü, həkim.
Bəhram bəy Axundov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1861 |
Doğum yeri | |
Vəfat tarixi | 1932 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | həkim |
Bəhram bəy Mirzə Cəfər bəy oğlu Axundov 1861-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər real məktəbini, sonra gimnaziyanı bitirmişdi. 1893-cü ildə Fransanın Lill Akademiyasının qarışıq elmlər (fizika, kimya, biologiya) fakültəsinin aspiranturasına qəbul olunmuşdu. 1896-cı ildə aspiranturanı başa vuran B. axundov həmin akademiyanın tibb fakültəsində təhsilini davam etdirir və tibb doktoru diplomuna sahib olmuşdu. 1904-cü ildə Xarkov universitetinin tibb fakültəsində yoxlama imtahanından uğurla çıxan Bəhram bəyə "Lekar" təxəllüsü verilir.[1]
Bəhram bəy Axundov Azərbaycan Xalq Cümhuriyyətinin Milli məclisinin üzvü idi. O inqilabdan qabaq Bakı tibb müəssisələrində həkim işləmiş, azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublika Sovnarkomluğunda həkim, 1920–1925-ci illərdə Qosstraxın (Dövlət Sığorta Idarəsinin) inanılmış həkimi olmuşdur. Bəhram bəy axundov 1932-ci ildə vəfat edib.
Bəhram bəy Səltənət xanımla ailə qurmuşdu. Əli bəy adlı oglu vardı.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir. |