Bənəniyar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənəniyar kəndi Əbrəqunus kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Bənəniyar kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Bənəniyar | |
---|---|
39°08′47″ şm. e. 45°39′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Əlincə çayının (Arazın qolu) sağ sahilində, Zəngəzur silsiləsinin yamacındadır. Bəzi ədəbiyyatlarda Bənəniyar, Bənənigar kimi qeydə alınmışdır. Oykonim bənən (bələn) və yar (yarğan, dərə) komponentlərindən ibarət olub, "dağ boynunda yarğan, dağ aşırımında çuxur yer" mənalarını bildirir. Kəndin coğrafi mövqeyi oykonimin ifadə etdiyi mənaya uyğundur.[2]
Bənəniyar rayonun ən iri yaşayış məntəqələrindən biridir. Kənd təsərrüfatı işləri əhalinin əsas məşğuliyyətlərindən biridir.
Burada Muxtar Respublikanın ən iri su anbarlarından biri, Bənəniyar su anbarı (17 mln. m³), yerləşir.
Əhalisi 3385 nəfərdir.[3]