. Love.az

Berde Qalasi - Wikipedia - Love.az

Ana Səhifə - Berde Qalasi
Bu məqalə Bərdə türbəsi ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Bərdə qalası — Bərdə rayonunda yerləşən qala.

Bərdə qalası
Ölkə  Azərbaycan
Şəhər Bərdə
Memar Əhməd ibn Əyyub əl Hafiz
Tikilmə tarixi XIV əsr
Material çaydaşı, çiykərpc
Vəziyyəti xarabalıqlar qalıb
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.858
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Bərdə qalası (Azərbaycan)
Nöqtə
Bərdə qalası

Xalq arasında Nüşabə qalası adı ilə tanınan Bərdə qalası bəzi mənbələrə görə məşhur memar Əcəmi məktəbinin yetirməsi Naxçıvanlı Əhməd İbn Əyyub Əl Hafiz tərəfindən 1322-ci ildə tikilib. Silindir şəkilli qalanın radiusu 60 metr, hündürlüyü 13 metr, divar hörgüsünün eni isə 80 santimetrdir. Bərdə qalası haqqında bir çox səyyahların əsərlərində məlumatlar var. Məlumdur ki, qala monqolların Azərbaycana yürüşləri zamanı dağıdılıb və sonradan bərpa olunub. XIII əsr səyyahı Həmdullah Qəzvini "Nüzhət əl Qülub" əsərində qalanın eramızdan əvvəl Makedoniyalı İskəndər tərəfindən tikdirildiyini yazıb. O, həmçinin qeyd edib ki, qala Sasani hökmdarı Firuzun dövründə abadlaşdırılıb. Nizami Gəncəvi də İskəndərnamədə Bərdə qalasının təsvirini verib. Son dəfə 1958-ci illərdə aparılan təmir işləri qalanın görkəmini dəyişib.

Həmçinin bax

redaktə
  • Arran memarlıq məktəbi
  • Bərdə türbəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bərdə_qalası&oldid=8108419"
LOVE.AZ