. Love.az

Berdik Dagi - Wikipedia - Love.az

Ana Səhifə - Berdik Dagi

Bərdik dağı – Culfa rayonu ərazisində dağ (hünd. 2053,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun Göydağ zirvəsindən ayrılan cənub-qərb istiqamətli Qılıncyurd şaxəsinin qurtaracağında, Əlincəçayın  sol sahilində, Xanəgah kəndindən 1,8 km şimal-şərqdə zirvə. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və   Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi dairəvi sıldırım yamaclı massivin ən yüksək nöqtəsidir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş  seqmentində, eyniadlı əyilmənin şimal-şərq qanadında müşahidə edilən Tivi-Yarpaqlı antiklinalının maqmatık kütlə ilə yarılmış şimal-qərb periklinal hissəsində yerləşir.  Cənub-qərb yamacında şimal-qərb istiqamətli fay qırılması izlənilir. [1]

Bərdik dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1060,5 m
Yerləşməsi
39°13′04″ şm. e. 45°43′34″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət
  • Culfa
Bərdik dağı xəritədə
Bərdik dağı
Bərdik dağı

Həmçinin bax:

redaktə
  • Dərəşam dağı
  • Xaşlıdağ
  • Quşqayası
  • Qoşundaş dağı
  • Alçalıdağ
  • Ziyarəttəpə dağı

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bərdik_dağı&oldid=7068705"
LOVE.AZ