. Love.az

Bestekar Qara Qarayevin Portreti - Wikipedia - Love.az

Ana Səhifə - Bestekar Qara Qarayevin Portreti

"Bəstəkar Qara Qarayevin portreti" — Azərbaycan-sovet rəssamı, SSRİ xalq rəssamı Tahir Salahov tərəfindən 1960-cı ildə çəkilmişdir. Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır. Rəsm əsərində məşhur sovet-azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayev təsvir olunmuşdur.

Bəstəkar Qara Qarayevin portreti
Rəssam Tahir Salahov
Tarixi 1960
Üslubu portret
Texnikası Yağlı boya
Ölçüləri 121 sm × 203 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Tretyakov qalereyası

1962-ci ildə Tahir Salahov, bu rəsm əsərinə görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı ilə təltif edilmiş, 1968-ci ildə isə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrin birində Tahir Salahov demişdir: "Mən bu əsərin üzərində işləyərkən tez-tez Opera və Balet Teatrına gedib, Qara Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi dünyasını tamamilə mənimsəyə bilim. Bax, bundan sonra portreti başa çatdırdım".[1]

Həmçinin bax

redaktə
  • Növbədən qayıdanlar
  • Odlar Yurdu (triptix)

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəstəkar_Qara_Qarayevin_portreti&oldid=7734824"
LOVE.AZ