Bəxtiyar Əli oğlu Aslanbəyli (7 avqust 1976, Bakı) — BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti, Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktoru, Beynəxalq münasibətlər və enerji məsələləri üzrə mütəxəssis.[1]
Bəxtiyar Aslanbəyli | |
---|---|
Doğum tarixi | 7 avqust 1976(1976-08-07) (48 yaş) |
Doğum yeri | |
Elm sahəsi | beynəlxalq münasibətlər |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
Bəxtiyar Əli oğlu Aslanbəyli 7 avqust 1976-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri 176 saylı orta məktəbi bitirib. 1997 və 1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəkxalq hüquq fakültəsinin bakalavr və magistr pilləsini bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildə PricewaterhouseCoopers şirkətində başlayıb. 2002-ci ildən bp şirkətində çalışır. 2015-ci ildən bp-nin regional vitse prezidentidir. Pedaqoji fəaliyyətə 1997-ci ildən başlayıb. Hal hazırda Bakı Dövlət Universteti, ADA universiteti və Bakı Ali Neft Məktəbində mühazirələrə davam edir. Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür. Ehtiyatda olan zabitdir.[2]
Ailəlidir, üç övladı var.
Akademik maraq dairəsi beynəlxalq vergi hüququ, enerji geosiyasəti, neft-qaz sektorunun siyasi iqtisadı, milli və beynəlxalq təhlükəsizlik sahələrini əhatə edir.[3]