. Love.az

Beylik Lacin - Wikipedia - Love.az

Ana Səhifə - Beylik Lacin
Bu adın digər istifadə formaları üçün bax: Bəylik.

Bəylik[4] — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Laçın rayonunun Zabux kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylik kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[5] 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Bəylik
Laçın rayonunun Bəylik kəndi, 2025-ci ilin may ayı
Laçın rayonunun Bəylik kəndi, 2025-ci ilin may ayı
39°39′22″ şm. e. 46°30′50″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Laçın rayonu
Tarixi və coğrafiyası
Sahəsi 29,6 hektar[1][2]
Saat qurşağı
  • UTC+04:00[3]
Xəritəni göstər/gizlə
Bəylik xəritədə
Bəylik
Bəylik

İşğaldan azad edildikdən sonra kənd tamamilə yenidən qurulub. Buraya ümumilikdə 90 ailənin – 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Bu məqsədlə 91 fərdi ev inşa edilib. 27 may 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Bəylik kəndinin açılışında iştirak edib.[1][2] Həmin günü ölkə Prezidenti Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim etmişdi[6][7].

Mündəricat

  • 1 Toponimikası
  • 2 İqtisadiyyatı
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Toponimikası

redaktə

Bəy (titul) və -lik (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən ibarət olan bu oykonim "bəyə məxsus kənd" mənasındadır. 1933-cü ildə Kəlbəcər rayonunun Əsrik inzibati ərazi vahidində də Bəylik adlı kənd qeydə alınmışdır. Saatlı və Ağdaş rayonunun ərazisində də bu adda yaşayış məntəqələri var[8].

İqtisadiyyatı

redaktə

Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). 27 may 2025. İstifadə tarixi: 2025-05-27.
  2. ↑ 1 2 "Ilham Aliyev attended inauguration of Beylik village in Lachin district". Official web-site of the President of the Republic of Azerbaijan (ingilis). 27 May 2025. İstifadə tarixi: 2025-05-29.
  3. ↑ Time Zone in Azerbaijan.
  4. ↑ "Gomap". gomap.az. İstifadə tarixi: 2025-05-29.
  5. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  6. ↑ "İlham Əliyev Laçının Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). 27 may 2025. İstifadə tarixi: 2025-05-29.
  7. ↑ "Ilham Aliyev met with residents relocated to Beylik village in Lachin, presented keys to new homes". Official web-site of the President of the Republic of Azerbaijan (ingilis). 27 May 2025. İstifadə tarixi: 2025-05-29.
  8. ↑ Bəylik (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 131. ISBN 978-9952-34-155-3.

Həmçinin bax

redaktə
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəylik_(Laçın)&oldid=8154179"
LOVE.AZ