. Love.az

Bakmil Metrostansiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Bakmil Metrostansiyasi

Bakmil metrostansiyası — Bakı metrosunda ilk yerüstü stansiyadır. 1979-cu il 31 dekabrda istifadəyə verilib. Qatarlar bu stansiyadan Nərimanov elektrik deposuna və geriyə Nəriman Nərimanov stansiyasına gedir.

Bakmil

1-ci xətt
Bakı metrosu
Xəritə
Rayon Nərimanov
Açılış tarixi 31 dekabr 1979
Keçmiş adları Elektrozavod
İnşaat tipi Yerüstü
Platformaların sayı 1
Çıxdığı küçələr Ələsgər Qayıbov küçəsi
İş rejimi 06:00—00:00
Qonşu stansiyalar Depo, Nəriman Nərimanov
 Bu şablona bax İnteraktiv sxemi

Kiçilt
DərnəgülAzadlıqNəsimiAvtovağzalMemar Əcəmi20 YanvarİnşaatçılarElmlər AkademiyasıNizami28 MayCəfər CabbarlıXətaiSahilİçərişəhərGənclikNəriman NərimanovBakmilUlduzKoroğluQara QarayevNeftçilərXalqlar DostluğuƏhmədliHəzi AslanovNəriman Nərimanov adına depo
Böyüt
DərnəgülAzadlıqNəsimiAvtovağzalMemar Əcəmi20 YanvarİnşaatçılarElmlər AkademiyasıNizami28 MayCəfər CabbarlıXətaiSahilİçərişəhərGənclikNəriman NərimanovBakmilUlduzKoroğluQara QarayevNeftçilərXalqlar DostluğuƏhmədliHəzi AslanovNəriman Nərimanov adına depo

 Bu şablona bax İnteraktiv sxemi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
[
  • b
  • m
  • r
]
Qırmızı xətt
Legend
İçərişəhər
Sahil
Cəfər Cabbarlıya
28 May
Gənclik
Nəriman Nərimanov
Bakmil
Nərimanov (Bakmil) deposu
Ulduz
Koroğlu
Qara Qarayev
Neftçilər
Xalqlar Dostluğu
Əhmədli
Həzi Aslanov

Tarixi

redaktə

Bura 1970-ci ildə açılıb və 9 il "Nərimanov" elektrik deposunun platforması olub. 31 dekabr 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb.[1]

26 mart 2019-cu ildə əsaslı şəkildə yenidən qurulmuş stansiyanın rəsmi açılışı baş tutmuşdur. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Açıq hava şəraitində yerləşən stansiya yolu çətirlə örtülmüşdür. Platforma boyunca bütün yol sahəsini əhatə edən çətir sərnişinləri və qatarları yağışdan qorumaqla yanaşı, burada gecə vaxtlarında qatar saxlanılmasına da imkan yaradır. Stansiyada bütün kommunikasiya xətləri təzələnib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib. Gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, turniketlər quraşdırılıb.[2]

İstinadlar

redaktə
  1. ↑ Real TV. "Bakı metrosunun ilk yerüstü stansiyası" (az.). Youtube.com. 02.04.2024. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  2. ↑ AzərTAc. "Prezident İlham Əliyev "Bakmil" stansiyasında yaradılan şəraitlə tanış olub" (az.). Youtube.com. 26.03.2019. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-26.

Xarici keçidlər

redaktə
  • metro.gov.az
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bakmil_metrostansiyası&oldid=8099967"
LOVE.AZ