. Love.az

Bmt Tehlukesizlik Surasinin 1047 Sayli Qetnamesi - Wikipedia - Love.az

Ana Səhifə - Bmt Tehlukesizlik Surasinin 1047 Sayli Qetnamesi

BMT Təhlükəsizlik Şurasının 1047 saylı qətnaməsi — 1996-cı il fevralın 29-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3637-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurasının 808 (1993), 827 (1993), 936 (1994) və 955 (1994) saylı qətnamələrinə xatırlatma edilmişdir. Qətnaməyə əsasən Şura Luiza Arburu Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı və Ruanda Beynəlxalq Cinayət Tribunalının prokuroru təyin etmişdir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası
1047 saylı qətnamə
Luiza Arbur
Luiza Arbur
Tarixi 29 fevral 1996
Sessiya № 3637
Kod S/RES/1047
Səsvermə
  • Lehinə: 15
  • Əleyhinə: 0
  • Bitərəf: 0
Mövzu Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı
Ruanda Beynəlxalq Cinayət Tribunalı
Nəticə Qəbul edildi
Təhlükəsizlik Şurasının tərkibi 1996-cı ildə
Daimi üzvlər
  •  ÇXR
  •  Fransa
  •  Rusiya
  •  Böyük Britaniya
  •  ABŞ
Qeyri-daimi üzvlər
  •  Botsvana
  •  Ekvador
  •  Misir
  •  Qvineya-Bisau
  •  Almaniya
  •  Honduras
  •  İndoneziya
  •  İtaliya
  •  Cənubi Koreya
  •  Polşa
Sənəd

Təhlükəsizlik Şurası 1 oktyabr 1996-cı ildən prokuror Riçard Qoldstounun səlahiyyətlərinə xitam veriləcəyini qeyd etmiş və kanadalı hakim Luiza Arburun səlahiyyət müddətinin həmin tarixdən başlanacağına qərar vermişdi.[1]

Həmçinin bax

redaktə
  • Ruanda soyqırımı
  • Bosniya soyqırımı
  • Yuqoslaviya müharibələri

İstinadlar

redaktə
  1. ↑ Jones, John R. W. D. The practice of the International Criminal Tribunals for the former Yugoslavia and Rwanda (2nd). Transnational. 1998. səh. 88. ISBN 978-1-57105-079-3.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=BMT_Təhlükəsizlik_Şurasının_1047_saylı_qətnaməsi&oldid=7689573"
LOVE.AZ