. Love.az

Backa - Wikipedia - Love.az

Ana Səhifə - Backa

Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka‎) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon.

Serb və Macar Baçkası
Voyevodina regionu, (Serbiya)

Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir.

Mündəricat

  • 1 Tarix
  • 2 Baçka bölgəsində yerləşən şəhərlər
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Tarix

redaktə

Baçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi. IX əsrdə Baçka Birinci Bulqar dövləti, X əsrdə Macar krallığının, XVI əsrdə isə Osmanlı İmperiyasının tərkibinə qatılır.

1910-cu ilin siyahıyaalma göstəricilərinə görə Baçka bölgəsinin əhalisini 43% macarlar, 28% çox cənubi slavyanlar, 22,5% isə almanlar təşkil edirdi.

1918-ci ildə Banat, Baçka və Baranya əyalərləri Serbiyanın tərkibinə daxil olmuş, 1920-ci il Trianon sülh sazişinin tələbinə görə bölgə Macarıstan və Yuqoslaviya arasında bölünmüşdür. 1941-ci ildə Baçka bölgəsinin çox hissəsi Macarıstanın tərkibinə daxil edilmişdir. Burada macarlar slavyanlara qarşı repressiyalar aparırdılar, bu da yerli əhalinin cavab reaksiyasına səbəb olmuşdur.

Baçka bölgəsində yerləşən şəhərlər

redaktə
  •  
    Novi Sad
  •  
    Subotiça
  •  
    Srbobran
  •  
    Baya
  •  
    (Dunay-Tisa-Dunay Canal) Rumenka Novi Sada gedən yol.
  •  
    Kanjiža
  •  
    Temerin çölü

Xarici keçidlər

redaktə
  • Backabanat.com saytı
  Vikianbarda Baçka ilə əlaqəli mediafayllar var.

Həmçinin bax

redaktə
  • Serbiya bölgələri
  • Voyevodina
  • Banat
  • Baranya
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Baçka&oldid=7481848"
LOVE.AZ