Bağbanlar (əvvəlki adı: Arxangelovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd.[3][4] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Arxangelovka kəndi Bağbanlar kəndi və müvafiq olaraq Arxangelovka kənd Soveti Bağbanlar kənd Soveti adlandırılmışdır.[5]
Bağbanlar | |
---|---|
39°29′19″ şm. e. 48°33′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1312[2] |
Xəritəni göstər/gizlə
|
Kəndin keçmiş adı Arxangelovka olmuşdur. XX əsrin əvvəllərində Rusiyanın Arxangelsk vilayətindən köçüb gələnlər burada məskunlaşmış, köhnə yaşayış yerlərinin adını yeni məskənlərinə vermişdilər. 1991-ci ildən kəndin adı Bağbanlar kimi rəsmiləşmişdir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Mehdixanlı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır. Bəzi ədəbiyyatlarda və yerli əhalinin dilində Bağmanlar variantı da işlənir.[6]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Mahmudçala gölündən bir qədər aralı, Muğan düzündə, rayonun şimal-qərb istiqamətində yerləşir. Aranlı, Çinarlı, Zəhmətabad, Əliabad kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 3452 | 1580 | 1872 |
2009[8] | ↗3992 | ↗1930 | ↗2062 |
Kənddə 980 təsərrüfat var.
Kənddə Bağbanlar kənd kitabxana filialı,[9] Bağbanlar kənd Mədəniyyət Evi,[10] Bağbanlar Poçt Şöbəsi (AZ1312) və Bağbanlar EATS[11] fəaliyyət göstərir.
Kənddə Bağbanlar kənd tam orta məktəbi fəaliyyət göstərir.[12][13]
Kənddə 1993-cü ildə inşa edilmiş Bağbanlar kənd məscidi yerləşir.[14]
Kənddə Bağbanlar kənd həkim məntəqəsi yerləşir.[15]