. Love.az

Bas Mugan Kanali - Wikipedia - Love.az

Ana Səhifə - Bas Mugan Kanali

Baş-Muğan kanalı (istismara verilmə tarixi 1960-сı il) — İmişli, Saatlı və Sabirabad rayonlarında 65 min hektar sahəni suvarma suyu ilə təmin edən 34 km uzunluqda kanal.

Baş-Muğan kanalı
Axdığı yerlər Şirvan, Azərbaycan
Giriş Araz çayı, Bəhramtəpə su anbarı
Uzunluğu 34 km.

Mündəricat

  • 1 Haqqında
  • 2 Həmçinin bax
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Haqqında

redaktə
 
  • Baş-Muğan kanalı 1960-сı ildə istismara verilmişdir və onun su götürmə mənbəyi Bəhramtəpə hidroqovşağıdır.
  • Kanal vasitəsilə İmişli, Saatlı və Sabirabad rayonlarının 65,0 min hektar əkinə yararlı torpaq sahəsi suvarma suyu ilə təmin olunur.
  • Kanalın uzunluğu 34 km, onun suburaxma qabiliyyəti 60 m³/san-dir.
  • Baş Muğan kanalı Saatlı rayonu ərazisində iki hissəyə ayrılır.
  • Sağ istiqamətdə tikilmiş Mürsəlli kanalının uzunluğu 65,7 km, sərfi isə 20 m³/san-dir.
  • Bu kanal vasitəsilə əkinə yararlı 21 min ha torpaq sahəsi suvarma suyu ilə təmin olunur.
  • Düzünə istiqamətdə tikilmiş Sabir adına kanalın uzunluğu 66,3 km və sərfi isə 30 m³/san-dir.
  • Bu kanal vasitəsilə əkinə yararlı 30,0 min ha torpaq sahəsi suvarma suyu ilə təmin edilir.[1]
  • Baş-Muğan kanalı Bəhramtəpə hidroqovşağından başlayan kanalın ölçüləri 2x3,7 m-dir.[2]
  • Bol suyu olan kanaldan suvarma məqsədilə istifadə edilir.[3]

Həmçinin bax

redaktə
  • Samur-Abşeron kanalı
  • Yuxarı Qarabağ kanalı
  • Yuxarı Şirvan kanalı

Xarici keçidlər

redaktə
  • Caspian Monitoring

İstinadlar

redaktə
  1. ↑ Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, s.482 (elektron variantından istifadə edilib)
  2. ↑ Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı, s.438
  3. ↑ "Suvarma sistemləri". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Baş-Muğan_kanalı&oldid=6630829"
LOVE.AZ