«Başqırdıstan Trolleybus Zavodu» ASC (1999-cu ilə qədər — Ufa Tramvay-Trolleybus Təmiri Zavodu ) — Ufa şəhərində trolleybus istehsalı və təmiri zavodu. BTZ marxalı trolleybuslar Rusiyanın və MDB ölkələrinin əllidən çox şəhərimndə istifadə edilir.
Başqırdıstan Trolleybus Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | açıq səhmdar cəmiyyəti |
Sənaye | Avtomobil sənayesi |
Məhsulu | Trolleybuslar |
Təsis tarixi | 1964 |
Bağlanma tarixi | 2017 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 2,7 mln. rubl (2011) |
oaobtz.ru |
1964-cü ildə Ufa Tramvay-Trolleybus Zavodu işə salınır. Bu zaman zavodlarda nəqliyyat vastələri istehsal edilir və ya təmirlər həyata keçirilirdi. Fəaliyyəti dönəmində zavodda hər il 250—270 trolleybus əsaslı təmirdən çıxırdı. Bununla yanaşı zavod geologiya işləri üçün nəqliyyatlar, neft və enerji avadanlıqları istehsal edirdi.
Yenidənqurma dönəmində istehsalat açağı düşür.
1999-cu ildə Ufa Tramvay-Trolleybus Zavoduu, Başqırdıstan Trolleybus Zavodu MMC adlanmağa başlayır. Hələ bir il öncə burada trolleybuslar istehsal olunmağa başlanılır. Bundan sonra istehsalat ilbəil artırılır.
2009-cu ildə Başqırdıstan Respublikasının ən yaxşı şirkəti elan edilir. 2010-ci ildə Başqırdıstan Trolleybus Zavodunda 119 trolleybus istehsal olunur ki, buda respublika istehsalatının 32 % təşkil edir.[1].
2011-ci ildə auksionların keçirilməsi və nəqliyyat vastələrinin dövlət tərəfindən alınması ilə maliyyələşmənin azaldılması ilə vəziyyət dəyişir. B iribci ildə cəmi 20 trolleybus yığılır. Bununlada istehsalat dayandırılır.[2].
2012-cü ildə zavodda cəmi 26 BTZ-52763 və BTZ-52768 istehsal edilir.
2013-cü ildən etibarən istehsalat tam olaraq dayandırılır. Rəsmi son məlumat 2013-cü ilin iyulunda verilir[3]. 2013-cü ilin sonları Ufa üçün БТЗ-52763А trolleybusları istehdal edilir.
2014-cü ildə zavod demək olar ki, dayanır. 12 ay ərzində cmi 6 trolleybus yığılır. 6 BTZ-52768 tyrolleybusu Çuvaş Respublikası (Novoçeboksari trolleybusu və 2 Çeboksar trolleybusu) üçün istehsal edilmişdir. 6 BTZ-52768 trolleybusu isə Ufa trolleybusu üçün hazırlanır. 2016-cı ilin martında zavod müflis olmasını elan etdir[4].
1990-cı illərin ortalarından sonrakı dövrdə cəmi 1675 trolleybus hazırlanmışdır.
Zavodun buraxdığı modellərin xronoloğiyası: