Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı.[1][2]
Başsız | |
---|---|
Ölkə |
Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qeyd olunur.[3][4] Əsli Baş Sis. 1590-cı ilə aid mənbədə Başsız,[5][6] 1727-ci ilə aid mənbədə isə kəndin adı Baş Sis kimidir.[7][8] Sis-Kiçik Asiyanın cənubunda Kiligiya əyalətində şəhər və mahal adıdır.[9] Cis və Masis orta əsrlərdə Türkiyənin cənubunda Qaraman əyalətində iki qalanın adı olmuşdur.[10] Mənbələrdə ilk dəfə XVI əsrdən məlumdur. Kənd Sisdən gəlmiş türklərin məskunlaşması nəticəsində yaranmışdır. XVII əsrə aid erməni mənbəyinə görə Sis həm də Kozan adlanmışdır.[11][12] Azərbaycanda XIX əsrdə Qarabağda yaşamış Quzanlı tayfasının adı da məhz Kozan mahalının adı ilə bağlıdır (bu elin adı Ağdam rayonunda Quzanlı kəndinin adında əksini tapmışdır).[13][14]