. Love.az

Baba Kuhi Bakuvi Mescidi - Wikipedia - Love.az

Ana Səhifə - Baba Kuhi Bakuvi Mescidi
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. (fevral 2024)
Baba Kuhi Bakuvi məscidi
Xəritə
40°21′57″ şm. e. 49°50′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər,Asəf Zeynallı küçəsi
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi IX əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti xarabalıqları qalıb
UNESCO Ümumdünya İrsi
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.548
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Baba Kuhi Bakuvi məscidi (İçərişəhər)
Nöqtə
Baba Kuhi Bakuvi məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tapılması
  • 2 Haqqında
  • 3 İstinadlar
  • 4 Mənbə
  • 5 Həmçinin bax

Tapılması

redaktə

1990–1993-cü illər Qız qalasının ətrafındakı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə arxeoloq F. İbrahimov tərəfindən qazıntı işləri aparılmış və qalanın şimalında IX əsrə aid edilən məscid aşkar olunmuşdur.

Bu ərazidə 1998-ci ildə aparılan qısamüddətli arxeoloji qazıntılar 2 otağın da varlığını aşkar etmişdir. Bunlardan böyük otağın döşəməsində qazıntı davam edilən zaman qərb divarının cənub-qərb küncünə yaxın hissədə üstü tağ formalı taxca içərisində yerləşdirilmiş mehrab aşkar olundu.

Haqqında

redaktə

Mehrabın üstündə iki kəlmədən ibarət qədim ərəb əlifbası ilə kufi xətli yazı var. Həmin yazını epiqrafçı alim Məşədixanım Nemət oxumuşdur. Yazının məzmunu belədir: "Hakimiyyət Allaha məxsusdur". Tədqiqatçılar müqayisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yazını VIII–IX əsrə aid edir.

Məscid, onunla yanaşı tikilmiş otaqlar və sıratağlı abidə onların vahid kompleksə daxil olduğu ehtimalını yaradır. Şəhərin karvan-ticarət yolu üzərində yerləşdiyini nəzərə alıb bu ərazidə xanəgahın olduğu ehtimalını da söyləmək olar. Tarixçi-arxeoloq F. İbrahimov bu məscidin, onun tikildiyi dövrdə yaşamış görkəmli ruhani alim və din xadimi, əslən bakılı olan Baba Kuhi Bakuvinin məscidi olduğunu ehtimal edir.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • "Məscid və məscid həyəti-ibadət yeri" ( (az.)). icherisheher.gov.az. 2016-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.

Həmçinin bax

redaktə
  • İçəri Şəhər
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Baba_Kuhi_Bakuvi_məscidi&oldid=8120608"
LOVE.AZ